Birmarket

Şirkət haqqında:
Birmarket Azərbaycanda lider olan çoxkateqoriyalı üçüncü tərəf (3P) e-ticarət platformasıdır.
2018-ci ildən fəaliyyət göstərən platforma milyonlarla istifadəçiyə onlayn xidmətlər təqdim edir, onların rahat və səmərəli alış-veriş etməsinə imkan yaradır.
Birmarket, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistem-in tərkib hissəsidir və onun digər iştirakçıları ilə sıx inteqrasiyada olan platforma texnoloji uyğunluğu təmin edir, yeni funksiyaların tətbiqini sürətləndirir.
Bizim komandanın üzvü olmağın üstünlükləri:
- Peşəkar inkişaf imkanları;
- Karyera yolunda yüksəliş;
- Dinamik və peşəkar komandanın üzvü olmaq;
- İş-həyat balansının qorunması;
- Müasir standartlara cavab verən ofis mühiti.
Siz də Birmarket komandasına qoşularaq bizimlə bir addımlayın!
Şirkətdəki mühit
Birmarket-də işləməyə dəyər!
- Trendləri biz müəyyən edirik
Birmarket sadəcə Azərbaycanın ən böyük e-ticarət platforması deyil, həm də bazarı dəyişən innovativ layihədir. Biz milyonlarla insanın istifadə etdiyi rəqəmsal platforma, fərqli ideyaların, çevikliyin və adaptasiya qabiliyyətinin qiymətləndirildiyi dinamik mühit təmin edirik.
- Karyera yolunda inkişaf təklif edirik
Əməkdaşlarımız şirkətimizin ən dəyərli aktividir. Birmarket-də siz tədris proqramlarına, kurslara və peşəkar inkişaf imkanlarına çıxış əldə edəcəksiniz. Biz təşəbbüskarlığı dəstəkləyirik və iddialı layihələrin reallaşdırılmasına şərait yaradırıq.
- Korporativ mədəniyyətimizlə ilham oluruq
Birmarket-də biz şəffaflığı, yaradıcılığı və komanda işini yüksək qiymətləndiririk. Burada hər kəs öz töhfəsini və gördüyü işin əhəmiyyətini hiss edə bilər. Biz əməkdaşlıq mədəniyyətini inkişaf etdirərək birlikdə yüksək nəticələr əldə edirik.
- Müasir texnologiyalar və innovasiyalar tətbiq edirik
Bizim komandada qabaqcıl texnologiyalar və analitik alətlərdən istifadə edə biləcəksiniz. Biz ağıllı həllərdən istifadə edir və daim prosesləri təkmilləşdiririk. Burada maraqlı çağırışlar və layihələr sizi gözləyir.
- Rəqabətədavamlı şərtlər və rahatlıq yaradırıq
Birmarket rəqabətədavamlı əməkhaqqı, rahat ofis şəraiti və imtiyazlar təklif edir. Biz əməkdaşlarımızın rifahına qayğı göstərir, məhsuldar və rahat əmək şəraiti yaradırıq.
Əgər siz də Azərbaycanın lider e-ticarət platforması ilə uğurlu gələcək qurmaq istəyirsinizsə, bizə qoşulun! Yeriniz Birmarket-də görünür.
Əlaqə vasitələri:
İstismar, Texniki Xidmət və Dəstək üzrə Menecer (Anbarlar və Çatdırılma Məntəqələri)
Vəzifə öhdəlikləri:
- Mərkəzi və regional anbarlarda texniki sistemlərin idarə olunması (elektrik, HVAC, CCTV, yanğın təhlükəsizliyi, liftlər, rəflər, avadanlıqlar, klinika və s.)
- PUDO nöqtələrinin texniki vəziyyətinə nəzarət (avadanlıq, havalandırma, giriş, mebel və s.)
- Podratçılar və daxili texniki heyətin idarə olunması (24/7)
- Texniki baxım, təmir planlarının icrası
- Sənədlərin aparılması, yoxlamaların təşkili, normativ uyğunluğun təmin edilməsi
- Birbaşa hesabat: Təchizat Zənciri üzrə Baş Direktor (CSCO)
- Obyektlər üzrə texniki xidmət və təmir işlərinin koordinasiyası və standartlara uyğunluğun təmin olunması.
- Planlı yoxlamaların, təcili təmir işlərinin təşkili və xidmət təchizatçıları ilə əməkdaşlıq.
- Təhlükəsizlik və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsi (mühafizə və təmizlik komandaları ilə birgə).
- Texniki xidmət sifarişlərinin idarə olunması və xidmət layihələri üzrə tender prosesinə nəzarət.
- Texniki xidmət, hadisələr və digər obyektlə bağlı fəaliyyətlər barədə rəhbərliyə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Rus dili biliyi (İngilis dili biliyi üstünlükdür);
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı
İş şəraiti:
- Əmək haqqı : müsahibə zamanı müzakirə olunacaq
- İş saatı: 9.00-18.00 (5 iş günü)