RAMMA

Şirkət haqqında:
Şirkətin missiyası: Müştərilərə dünya səviyyəli ağır texnika, ehtiyat hissələri və avadanlıq təqdim etməklə yanaşı, satışdan sonrakı texniki dəstək və xidmətlərlə onların etibarlı tərəfdaşı olmaq.
Hədəfi: Azərbaycan bazarında lider texnika təchizatçısı olaraq, innovativ həllər və yüksək xidmət keyfiyyəti ilə uzunmüddətli müştəri məmnuniyyətini təmin etmək.
Əlaqə vasitələri:
Elektrik (ağır texnikalar üzrə)
Ə\h: 1463 AZN
Tələblər:
- Elektrik olaraq təmir sahəsində 3-5 il iş təcrübəsi
- Diaqnostika cihazları ilə işləmə bacarığı
- Elektrik sxemlərini oxuma və tətbiq etmə bacarığı
- Avtomobillərdə nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə təcrübə
- Müvafiq sertifikatların olması və təlimlərdə iştirak üstünlükdür
- Avtomobil sürücülük vəsiqəsi (B C kateqoriyası üzrə)
- Avtomobilin təhlükəsizlik sistemləri ilə işləmə bacarığı (ABS, ESP, hava yastıqları)
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı, satış və təqdimat bacarıqları
İşin təsviri:
- Avtomobil Elektrik Sistemlərinin texniki baxımı və təmiri
- Avtomobilin elektrik sistemlərində (starter, generator, akkumulyator, işıqlandırma və s.) yaranan nasazlıqların aşkarlanması və aradan qaldırılması
- Elektrik naqillərinin, sığortaların, relelərin və bağlantıların yoxlanılması və təmiri
- Akkumulyatorun vəziyyətinin yoxlanılması və dəyişdirilməsi
- Diaqnostika və problem analizinin aparılması
- Diaqnostik avadanlıqlardan istifadə edərək nasazlıqların aşkarlanması (OBD-II, scannerlər və s.).
- Elektrik sxemləri və texniki sənədlərə əsaslanaraq nasazlıq səbəblərinin müəyyənləşdirilməsi.
- Kod xətalarının oxunması, analiz olunması və onların aradan qaldırılması
- Sensor, blok və idarəetmə modullarının dəyişdirilməsi və kalibrasiyası
- İşıqlandırma sistemlərinin modernləşdirilməsi
- Görülmüş işlərə dair texniki hesabatlarının hazırlanması
- Nasazlıq və dəyişdirilən hissələr barədə məlumatların qeydiyyatı
- Servis heyəti ilə əməkdaşlıq
- İş zamanı texniki təhlükəsizlik və iş təhlükəsizliyi qaydalarına, həmçinin daxili qaydalara əməl edilməsi
İş qrafiki:
- 6 günlük, istirahət günü - Bazar
İş yeri:
- Salyan şossesi, Lökbatan dairəsi