RAMMA

Şirkət haqqında:
Şirkətin missiyası: Müştərilərə dünya səviyyəli ağır texnika, ehtiyat hissələri və avadanlıq təqdim etməklə yanaşı, satışdan sonrakı texniki dəstək və xidmətlərlə onların etibarlı tərəfdaşı olmaq.
Hədəfi: Azərbaycan bazarında lider texnika təchizatçısı olaraq, innovativ həllər və yüksək xidmət keyfiyyəti ilə uzunmüddətli müştəri məmnuniyyətini təmin etmək.
Əlaqə vasitələri:
Mühərrikçi (ağır texnikalar üzrə)
Əməkhaqqı: 1939 AZN
Əsas tələblər:
- Mühərrikçi olaraq təmir sahəsində 3-5 illik iş təcrübəsi
- Mühərrik sistemlərinin quruluşu və iş prinsipləri üzrə biliklər
- Diaqnostika və təmir bacarıqları
- Avadanlıqlardan düzgün və təhlükəsiz istifadəsi
- Diqqət və məsuliyyət
- Komandada işləmək bacarığı
- Fiziki dözümlülük və texniki düşüncə bacarıqları
- Sürücülük vəsiqəsinin olması (B kateqoriyası)
- Müvafiq sahə üzrə sertifikatların olması və təlimlərdən keçməsi üstünlükdür
- Avtomobil elektronikası üzrə biliklər
- Yüksək təziqli yanacaq sistemləri üzrə bilik
- Müştəri ilə ünsiyyət bacarığı, satış və təqdimat bacarıqları
İşin təsviri:
- Avtomobil mühərriklərinin diaqnostikası və nasazlıqların müəyyən edilməsi
- Mühərrikin sökülməsi, yığılması və ehtiyat hissələrinin dəyişdirilməsi
- Mühərrik yağlarının, filtr və digər texniki mayelərin vaxtında dəyişdirilməsi
- Kompüter və ya mexaniki diaqnostika cihazlarından istifadə etməklə texniki analizlərin aparılması
- Texniki təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət
- Təmir zamanı istifadə olunan avadanlıq və alətlərin düzgün saxlanılmasına nəzarət
- Müştərinin problemləri ilə bağlı düzgün texniki izahatın verilməsi
- Daxili qaydalara uyğun olaraq təmir prosesi üzrə hesabat və sənədləşmə işlərinin aparılması
İş qrafiki:
- 6 günlük iş qrafiki
- İstirahət günü-Bazar
İş yeri:
- Salyan şossesi, Lökbatan dairəsi