Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Merçendayzer
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Orta;
- Dil bilikləri: Azərbaycan – Əla;
- Təcrübə: Satış və market sahəsində (əsasən su və spirtli içkilər şöbəsində) minimum 1 il iş təcrübəsi.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Müştəri yönümlülük;
- Komandada işləmək bacarığı.
İş barədə:
- Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
- Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
- Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının uyğun düzülməsi;
- Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
- Rəflərin səliqəli olmasının təmin edilməsi və nəzarət;
- Müəyyən edilən rut planı üzrə marketlərin ziyarət edilməsi;
İş vaxtının norması:
- 09:00-18:00
- Faliyyət ofis xaricində olacaqdır, hər gün ofisə gəlinmir.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).