Sea Breeze Resort & Residences

Şirkət haqqında:
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və qayıq limanları, fitness zalları, SPA və Anti-Aging Mərkəzi, tennis kortu, futbol meydançası, xilasetmə və tibbi xidmətlər, uşaq şəhərciyi, gecə-gündüz konsiyerj xidməti və daha çox şey. Bütün bunlar Bakının mərkəzindən arabayla 30 dəqiqəlik məsafədədir!
Əlaqə vasitələri:
Satış əməliyyatları üzrə Mühasib
Sea Breeze Resort MMC Satış əməliyyatları üzrə Mühasib vakansiyasını elan edir
Vəzifənin məqsədi:
- Şirkətin satış əməliyyatları, ƏDV geri al qaimələrinin düzgün hazırlanması və ERP sistemində satış/müştəri ödənişləri üzrə uçotun tam və dəqiq aparılması.
Vəzifə öhdəlikləri:
- ƏDV Geri Al Qaimələrinin vergi portalında düzgün şəkildə hazırlanması və təqdim edilməsi;
- Satış sənədlərinin ERP sisteminə işlənməsi;
- Müştərilərdən daxil olan ödənişlərin ERP sisteminə vaxtında və düzgün işlənməsi;
- Günlük elektron qaimələrin (e-qaimə) yaradılması;
- Bank əməliyyatlarının uçotu və sistemə düzgün daxil edilməsi;
- Debitor borcların monitorinqi və gündəlik izlənməsi;
- Müştərilərlə hesabların üzləşdirilməsi;
- Aylıq satış və ödəniş hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- ERP sistemində (və ya 1C) əməliyyatların düzgün və vaxtında qeydiyyatı;
- Auditor və vergi yoxlamaları üçün tələb olunan məlumat və sənədlərin hazırlanması.
Tələblər:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (satış və ödənişlərin uçotu sahəsində);
- ERP sistemi və ya 1C proqramında sərbəst işləmək bacarığı;
- Vergi Məcəlləsi, ƏDV, e-qaimə və vergi portalı üzrə praktiki bilik;
- Azərbaycan və Rus dilini sərbəst bilməlidir;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
- Operativ və komandada işləmək bacarığı;
- Komandada işləmək və operativ reaksiya vermək bacarığı.
Əlavə məlumat:
- İş vaxtı: Bazar ertəsi – Cümə;
- Nahar və nəqliyyat xidməti təmin olunur;
- Könüllü tibbi siğorta;
- Uğurlu namizədin əmək haqqı tələbi nəzərə alınacaq.