Edu Company

Şirkət haqqında:
“EDU Company” Təhsil Şirkəti 5 Oktyabr 2013-cü ildə yaradılmışdır. Bu gün 10 filialda (Elmlər, Nizami, 28 May, Nərimanov, Neftçilər, Xalqlar, Xırdalan, Sumqayıt, Gəncə, Göyçay) fəaliyyətini davam etdirən “EDU Company” illərdir bütün xidmət sahələrini barabər şəkildə inkişaf etdirmişdir. Hər il, hər ay, hər gün durmadan inkişaf edən, xidmət keyfiyyətini daha da yüksəltməyə çalışan, tam fərqli tədris və idarəetmə sistemi ilə fəaliyyət göstərən şirkət, bundan sonra da böyük zövq və fəxrlə xalqının xidmətində olacaqdır.
Əlaqə vasitələri:
Menecer (Xırdalan filialı)
Vəzifələr:
- Tələbələrin tədris prosesinə nəzarət
- Təhsil sahəsindəki xidmət sahələrini tələbələrə tanıtmaq və satışını həyata keçirmək.
- Tədris prosesini dəstəkləyən inzibati işlərin koordinasiyası
- Telefon zəngləri , ofis müraciətləri ilə aktiv işləmək
- Rəhbərliyə aylıq hesabatların verilməsi
- Elektron müraciət etmiş tələbələrə , valideynlərə zənglə ətraflı məlumatın verilməsi və cəlb edilməsi
- Müəllim və tələbələrin düzgün koordinasiyası
- İmtahan prosesinə nəzarət
Tələblər:
- Ali təhsil (istənilən sahədə)
- Xanım namizədlər tələb olunur
- Satış sahəsində, müştəri xidmətlərində təcrübənin olması üstünlükdür
- Komandada işləmək bacarığı.
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
- Səliqəli, punktual, xoş görünüşlü.
Karyera imkanları və təminatlar:
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.
Əmək şəraiti şərtləri:
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir.
- İş günləri: həftə içi 5 gün, (6-cı gün qısaldılmış)
- ARƏM-nə uyğun sənədləşmə.
Gizlilik təminatı:
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.