Medco Hospital Group

Şirkət haqqında:
Medco Hospital Group – Azərbaycanın sağlamlıq sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən Batıgöz, Biovista və Avicenna kimi bir neçə tibb mərkəzlərini özündə birləşdirən tibbi idarəetmə şirkətidir.
Bakı şəhəri ilə yanaşı bölgələrdə də fəaliyyət göstərən klinikalarımız oftalmoloji, laborator və ümumi tibbi xidmətləri təqdim edir. Təşkilat, peşəkar tibbi xidmət, müasir avadanlıqlar və pasient məmnuniyyətinə yönümlü yanaşmanı əsas prinsip kimi qəbul edir.
Genişlənmə planları çərçivəsində Medco, yaxın illərdə MDB və Mərkəzi Asiya ölkələrində yeni klinikaların açılmasını və regiondakı mövcudluğunu daha da gücləndirməyi hədəfləyir.
Əlaqə vasitələri:
Laboratoriya qeydiyyatçısı
Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya “Laboratoriya qeydiyyatçısı” vakansiyası üzrə iş imkanları təklif edirik.
Vəzifə öhdəlikləri:
- Laboratoriyaya müraciət edən pasiyentlərin qeydiyyatının aparılması;
- Analizlərin qeydiyyatının düzgün və tam şəkildə sistemə daxil edilməsi;
- Nümunələrin kodlaşdırılması və laboratoriya personalına düzgün ötürülməsi;
- Laborator nəticələrin sistemə daxil olunması və pasiyentə təqdim olunması prosesində iştirak;
- Laboratoriya işində istifadə olunan proqram təminatı ilə işləmək;
- Pasiyent məlumatlarının konfidensiallığının qorunması;
- Laboratoriya və qeydiyyatla bağlı sənədlərin arxivləşdirilməsi və sistemli saxlanması;
- Laboratoriya personalı və digər şöbələrlə koordinasiyalı işləmək.
Tələblər:
- Orta ixtisas və ya ali təhsil (tibb, biokimya, səhiyyə idarəçiliyi sahəsində təhsil üstünlükdür);
- Tibbi qeydiyyat sahəsində ən azı 1 il iş təcrübəsi (laboratoriya sahəsində təcrübə üstünlükdür);
- Kompüter proqramları ilə işləmə bacarığı (xüsusilə qeydiyyat və laboratoriya sistemləri);
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
- Etik davranış və pasiyentlərlə nəzakətli ünsiyyət bacarığı;
- Sürətli və gərgin iş rejimində işləyə bilmək;
- Tibbi sənədlərlə işləmə və məxfi məlumatların qorunması bacarığı.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Karyera inkişafı imkanları;
- Stabil iş mühiti;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Korporativ təlimlərdə iştirak;
İş şəraiti:
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Laboratoriya qeydiyyatçısı” qeyd edərək CV- ni elektron poçt ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.