Baku Electronics

Şirkət haqqında:
Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.
1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 24 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.
Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!
Əlaqə vasitələri:
Daxili audit üzrə mütəxəssis
Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Tələblər:
- Ali təhsil (Maliyyə, audit, mühasibat uçotu və ya əlaqəli sahə üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklər;
- Azərbaycan və rus dili üzrə sərbəst, ingilis dili üzrə orta səviyyədə dil bilikləri;
- Analitik təhlil və problem həll etmə bacarığı;
- Kiçik detallara diqqət etmə bacarığı və təşəbbüskarlıq;
- ACCA, CIA və s. beynəlxalq sertifikatların olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Debitor və kreditor borc hesablarının aylıq olaraq yoxlanılması (üzləşmə aktları, gecikən borclar və s);
- Bank və kassa qalıqlarının aylıq yoxlanılması və uyğunsuzluqların aşkar edilməsi;
- Xərclər və əlaqəli mühasibat uçotu hesablarının yoxlanılması və hesabatlılığın təmin edilməsi;
- Mal-material dəyərlilərinin aylıq hərəkətinin təhlili (o cümlədən plansız alış, hərəkətsiz mallar və plansız bölgü);
- Aşkar edilmiş nöqsanlar üzrə risklərin ölçülməsi, dəyərləndirilməsi və onların azaldılması məqsədilə təkliflərin verilməsi;
- Daxili audit üzrə illik plana əsasən digər yoxlama prosedurlarının həyata keçirilməsi.