Lumegrand

Şirkət haqqında:
«LUMEGRAND» -ölkəmizin işıqlandırma sistemləri sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biridir. 2006-cı ildən başlayaraq, modern, klassika, art deko üslubunda bir sıra ixtisaslaşdırılmış işıqlandırma mağazalarının açılması uğurlu fəaliyyətin nəticəsi olmuşdur. Belə ki, 2006-cı ilin oktyabr ayında «LIGHTING STUDIO» mağazasının açılışı baş tutdu. Xidmət keyfiyyətinin artırılması səbəbilə, daimi inkişaf edən «LUMEGRAND» şirkəti, əsas dünya brendlərinin daha geniş assortimentini təqdim etməklə, mağazaların tərtibatına aid xarici və daxili rebrendinqə imza atdı, yeni korporativ üslub (rəng, loqotip) yarandı. Yeni loqotip özündə müasirliyi və mütərəqqiliyi təcəssüm edir. Sonraki illərdə mağazala şəbəkəsi daha genişləndi.
Əlaqə vasitələri:
Qrafik Dizayner
Vəzifə və öhdəliklər:
- Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək
- Şirkət materiallarının dizayn işlərini işləmək
- Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların dizaynını hazırlamaq.
- İşlərin daha effektiv həyata keçirilməsinə dair təkliflərin irəli sürülməsi
- Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi
- Dizayn proqramlarında müxtəlif layihələri,reklam kampaniyalarını və s. işləmək
Tələblər:
- Qrafik dizayn sahəsində ən azi 3 il peşəkar iş təcrübəsinə malik olmalıdır
- Korporativ üslub, yeni marka, etiket hazırlama bacarığı olmalıdır
- Reklam bazarı haqqında məlumatlı və reklamda müasir trendlərdən xəbərdar olmalıdır
- Kreativ ideyalı olmalı
- İşində çevik və məsuliyyətli olmalı
- Adobe Illustrator, Adobe Photoshop, Corel Draw proqramlarını peşəkar səviyyədə bilməlidir
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Əmək haqqı: 700-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: Ak. Həsən Əliyev küçəsi.