İnteko

Şirkət haqqında:
İnteko şirkəti 2021 - ci ildən fəaliyyət göstərir. Fəaliyyət növü proqram təminatlarının satışı, avtomatlaşdırılması və Dövlət e-kassalarına inteqrasiyasıdır. Şirkət 150-dən çox Sahibkara xidmət göstərir. Qeyd etmək istərdik ki, 2024- cü ildən etibarən əlavə xidmət olaraq, mühasibatlıq xidmətlərinin göstərilməsinə də başlamışdır.
Əlaqə vasitələri:
Aparıcı Mühasib
İş barədə məlumat
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ olaraq vaxtında həll edilməsi
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi
- İş qrafiki: Həftədə 5-gün Bazar ertəsi - cümə günü (Şənbə, bazar və bayram günləri istirahət)
- İş saatı: 10:00-dan -17:30-dək .
- Ünvan: Nərimanov rayonu, Montin plaza.
- Əmək haqqı: 900-1100 AZN
Namizədə tələblər
- Xanım namizəd tələb olunur (Satış və istehsal sahəsini bilən şəxslərə üstünlük veriləcəkdir)
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Minimum 3 il iş təcrübəsi
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
- Məsuliyyət, düzgünlük, analitik düşünmə bacarığı, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Peşəkar mühasib sertifkatı (arzu olunandır)