Amoris

Şirkət haqqında:
Şirkət kənd təsərrüfatı sahəsində meyvə, tərəvəz istehsalı, həmçinin beton məmulatları və plastik tara istehsalı ilə məşğuldur. İstehsal sahələri Zirədə yerləşən 6 ha müasir şüşə istixana kompleksindən, Şimal regionda yerləşən 10.000 ton Soyuducu anbar (Qusar) və 500 ha İntensiv bağlardan ibarətdir (Qusar, Xaçmaz, Xudat). İllik 15.000 tondan çox məhsul istehsalatı.
Əlaqə vasitələri:
Vergi uçotu üzrə mühasib
Vəzifə öhdəlikləri:
- Vergi və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsində aparıcı mühasibə birbaşa dəstək verilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu mühasibat uçotu hesablarında onların hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
- İstehsal dövriyyəsini və xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
- Mövcud olan qanunvericiliyə uyğun olaraq maliyyə-təsərrüfat əməliyyatların müxabirləşmələrinin verilməsi
Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- ACCA FA olması üstünlükdür
- Excel bilikləri
- 1C 8.3 proqramı üzrə biliklər
- İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
İş şəraiti
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
- Nahar şirkət tərəfindən təmin olunur
- İş qrafiki: 5 günlük