Maffin
Şirkət haqqında:
Şirkət haqqında
Maffin — rəqəmsal həllər sahəsində ixtisaslaşmış bir agentlikdir. Bizneslərin inkişafına dəstək olmaq məqsədilə müasir texnologiyalardan istifadə edərək müxtəlif sahələrdə innovativ və effektiv həllər təqdim edirik. Əsas fəaliyyət istiqamətlərimiz aşağıdakılardır:
- E-ticarət: Məhsulların rəqabətə davamlı və əlçatan olması üçün sürətli və hazır həllər təqdim edirik.
- Məlumatların toplanması və işlənməsi: Müasir sistemlər vasitəsilə məlumatların effektiv şəkildə toplanması və analizini təmin edirik.
- Rəqəmsal həllər: Müəssisələr və fərdi şəxslər üçün yeni və qabaqcıl rəqəmsal həllərin hazırlanması ilə məşğuluq.
10 illik təcrübəmizlə fərqli innovasiyalar təklif edirik.
Əlaqə vasitələri:
Flutter Developer (PHP bilikləri ilə)
İş barədə məlumat:
Texnologiya və innovasiya yönümlü layihələrimizə mobil tətbiqlərin hazırlanmasında təcrübəsi olan Flutter developer axtarırıq. Namizəd həmçinin PHP (Laravel) backend ilə işləmə bacarığına sahib olmalı və layihənin ümumi inkişafında aktiv iştirak etməlidir. Vəzifəniz mövcud mobil tətbiqlərin təkmilləşdirilməsi, yeni funksionallıqların hazırlanması və backend ilə inteqrasiya olacaq.
Əsas vəzifələr:
- Mobil tətbiqlərin funksionallığını artırmaq və yeni modulların hazırlanması;
- Flutter ilə mobil tətbiqin hazırlanması və UI/UX standartlarına uyğunlaşdırılması;
- Backend (Laravel) komandası ilə sıx əməkdaşlıq;
- Texniki tapşırıqların analiz edilməsi və vaxt qiymətləndirilməsi;
- Git vasitəsilə komanda ilə effektiv əməkdaşlıq.
Namizədə dair tələblər:
- Səlis Azərbaycan dili biliyi (rus və ya ingilis dili üstünlükdür);
- Ali və ya orta texniki təhsil;
- Flutter və Dart proqramlaşdırma dili üzrə real layihə təcrübəsi;
- Mobil tətbiqlərdə REST API ilə işləmə bacarığı;
- PHP və Laravel üzrə biliklər və ya iş təcrübəsi mütləqdir;
- Git, Postman, Firebase ilə işləmə bacarığı;
- UI komponentlərinin adaptiv hazırlanması;
- Texniki sənədlərlə işləmək və texniki tapşırıqları oxuyub tətbiq etmək bacarığı;
- App Store və Play Market yerləşdirmə təcrübəsi (Mütləqdir).
Üstünlüklər:
- Laravel framework-də backend funksionallıqları ilə işləmə bacarığı;
- CI/CD inteqrasiyası və testləşdirmə bacarığı;
- Google Maps, Push Notification, Camera, File Upload kimi modullarla işləmə təcrübəsi;
- Komanda ilə işləmək və başqasının yazdığı kodu oxuyub-anlama;
Təklif etdiyimiz imkanlar:
- Tamamilə sabit və uzunmüddətli əməkdaşlıq;
- Dinamik və güclü texniki komanda;
- Müasir texnologiyalarla işləmək imkanı;
- Mobil və backend komandası ilə birgə real layihələrdə iştirak;
- Davamlı öyrənmə və peşəkar inkişaf fürsətləri.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
- 5 günlük iş qrafiki (09:00 – 18:00); Nahar fasiləsi (13:00–14:00);
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.