Melissa Group

Şirkət haqqında:
2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.
Əlaqə vasitələri:
Aİ Prompt Mühəndisi
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İşin Təsviri:
- AI modelləri üçün yüksək keyfiyyətli, məqsədyönlü prompların hazırlanması;
- Prompt nəticələrinin test olunması, təhlili və optimallaşdırılması;
- Müxtəlif ssenarilər üçün fərqli prompt strategiyalarının qurulması;
- Texniki və qeyri-texniki komandalarla əməkdaşlıq edərək ehtiyaclara uyğun həllərin yaradılması;
- Promptların sənədləşdirilməsi və daxili məlumat bazasına əlavə edilməsi;
- Süni intellekt texnologiyalarındakı yeniliklərin izlənməsi və tətbiqi.
Namizədə Tələblər:
- Ali texniki və ya humanitar təhsil (kompüter elmləri, dilçilik, riyaziyyat, süni intellekt və s.);
- Süni intellekt texnologiyaları, xüsusilə LLM modelləri ilə ilkin tanışlıq və maraq;
- Yüksək analitik düşüncə və məntiqi yanaşma bacarığı;
- Azərbaycan və İngilis dillərində mükəmməl yazılı ünsiyyət bacarığı;
- MS Office və araşdırma alətləri ilə işləmə bacarığı;
- Python və ya digər skript dillərinə əsas səviyyədə bələdlik (arzuolunandır);
- Səliqəli və diqqətli sənədləşdirmə bacarığı.