Aral Group Baku

Şirkət haqqında:
ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.
İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.
Əlaqə vasitələri:
Memar
İş şəraiti:
- İş yeri: Sumqayıt şossesi 10A
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Layihələrin memarlıq konsepsiyasının hazırlanması və inkişafı
- Tikinti və interyer layihələrinin işlənməsi
- İşçi sənədlərin hazırlanması və layihələrin icrasına nəzarət
- Müxtəlif memarlıq və inşaat normativlərinin tətbiqi
- Layihələrin zamanında və keyfiyyətli təhvil verilməsi
- Autocad, Revit, 3ds Max və digər memarlıq proqramları ilə işləmək
Namizəddən tələblər:
- Ali təhsil (memarlıq ixtisası üzrə)
- Minimum 3 il iş təcrübəsi
- Texniki biliklər və proqramlarda yüksək səviyyədə işləmək bacarığı
- Yaradıcılıq və detal yönümlü yanaşma
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik
Biz nə təklif edirik:
- Rəqabətli əməkhaqqı
- Peşəkar və yaradıcı komanda
- Maraqlı və genişmiqyaslı layihələr
- Karyera inkişafı və təlim imkanları