Bakinity Distribution MMC

Şirkət haqqında:
Cəmiyyətin fəaliyyət növü haqqında ətraflı məlumat, -Bakinity şirkəti 2001-ci ildə yaradılıb.
2016-cı ilin yanvarından pərakəndə satış istiqaməti müstəqil şirkətə çevrildi. Pərakəndə satış istiqaməti kompüter və ofis avadanlığı satışı sahəsində fəaliyyət göstərir, ölkədə məhsul və İT-xidmətlərinin geniş spektrini təqdim edir.
Biz bir sıra müxtəlif məhsullar və aparıcı şirkətlərin avadanlıqlarını:
- kompüter avadanlıqları,
- əlavə hissələr,
- noutbuklar,
- kompüter və ofis üçün periferik qurğular,
- serverlər,
- şəbəkə və operator avadanlıqları,
- eləcə də aparıcı şirkətlərin lisenziyalı proqram təminatını təklif edir.
Cəmiyyətin məqsədi müştəriləri ən yeni yüksək keyfiyyətli texnologiyalar və kompüter məhsulları ilə təmin etməkdir.
Əlaqə vasitələri:
Aparıcı mütəxəssis (tender üzrə)
Vəzifə öhdəlikləri:
- Açıq dövlət və kommersiya müsabiqələrinin, tenderlərin, elektron hərracların elan edilməsi üçün ixtisaslaşmış saytların monitorinqi, tender prosesinin təşkili və dəstəklənməsi eləcə də müqavilələrin bağlanmasına nəzarətin edilməsi;
- Dövlət və kommersiya qurumları tərəfindən elan edilən açıq tender, müsabiqə və elektron hərracların ixtisaslaşmış platformalar üzərindən gündəlik monitorinqini həyata keçirmək;
- Tender və satınalma proseslərinin təşkili, koordinasiyası və müqavilələrin bağlanmasına dair nəzarəti təmin etmək;
- Tender sənədlərinin tələblərini dərindən təhlil etmək və zəruri olan sənədlərin müvafiq dövlət və qeyri-dövlət qurumlarından vaxtında toplanmasını təşkil etmək;
- Tender iştirakçılarına qoyulan ixtisas və texniki tələbləri nəzərə almaqla təqdim olunacaq sənədlərin düzgün və tam hazırlanmasını təmin etmək;
- Tender təkliflərinin kommersiya texniki hissələrinin uyğunluğuna nəzarət etmək, dəqiqliyi və rəqabət qabiliyyətini təmin etmək;
- Təkliflərin təqdimindən əvvəl və sonra Tender Komissiyası ilə effektiv yazışmalar aparmaq, daxil olan sorğulara vaxtında və əsaslandırılmış cavablar hazırlamaq;
- Müqavilə şərtlərinin razılaşdırılması və bağlanması mərhələsində satış və hüquq komandaları ilə sıx əməkdaşlıq etmək;
- Tender tələblərinin risk və imkanlar baxımından qiymətləndirilməsi, bu istiqamətdə preventiv həllər və strategiyaların işlənməsi;
- Şöbənin təşkilati fəaliyyətlərini əlaqələndirmək, digər struktur bölmələrdən tələb olunan məlumat və sənədlərin toplanmasını təmin etmək, aşkar edilən uyğunsuzluqları rəhbərliyə məruzə etmək;
- Mövcud tender və satınalma prosedurlarının səmərəliliyini artırmaq məqsədilə metodologiyaların və daxili proseslərin təkmilləşdirilməsində iştirak etmək;
- Tender və satınalma fəaliyyətləri üzrə hesabatların, təqdimatların, aktların və digər rəsmi sənədlərin hazırlanmasında iştirak etmək;
- Şirkət daxili hesabatlılıq və planlaşdırma sistemləri çərçivəsində dövri hesabatların vaxtında və düzgün təqdim olunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali bakalavr təhsili (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və oxşar sahələr);
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməli;
- Azərbaycan Respublikasının 8 dekabr 2023-cü il tarixli 1051-VIQ nömrəli qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsini bilməsi üstünlükdür;
- Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (İşin tələblərinə uyğun səviyyədə İngilis və Rus dillərini bilməli);
- Azərbaycan dilində sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Komanda mühitində işləmək bacarığı.
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı.