Xırman

Şirkət haqqında:
"Xırman" şirkəti 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir.
Un, yağ, süd məhsulları və çörək məmulatları istehsal edən Xırman şirkəti 1997-ci ildən Azərbaycanın qida sektorunda fəaliyyət göstərir. Şirkətimizin istehsal sahələri olan Dəyirman, Çörək və Süd zavodlarında yüksək keyfiyyətli gündəlik qida məhsulları təbii xammallarla, beynəlxalq və yerli standartlar əsasında istehsal olunur. Məhsullarımız Azərbaycan ilə yanaşı Türkiyə, İran və Gürcüstan bazarına da ixrac olunur
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Köməkçi
Əsas vəzifələr:
- Müraciət edən namizədlərin ilkin məlumatlarını toplamaq
- Şirkətdə mövcud vakansiyaların iş elanları saytlarında, sosial mediada və digər platformalarda paylaşılması və yenilənməsi
- Daxil olan CV-ləri çeşidləmək, ilkin uyğunluq dəyərləndirməsini aparmaq və uyğun namizədlərlə müsahibə mərhələsini təşkil etmək;
- Namizədlərlə telefon və e-mail vasitəsilə ilkin əlaqələrin qurulması
- İnsan resursları sənədlərinin düzgün və sistemli şəkildə idarə olunmasına kömək
- Daxili məlumat bazalarının yenilənməsi və arxivləşdirmə işlərində iştirak
- Komandadan daxil olan inzibati tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Ali təhsil
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi
- Ofis proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel 1C və Word)
- Dəqiq, məsuliyyətli və diqqətli olmaq
- Ünsiyyətcil və komanda ilə işləmə bacarığına malik olmaq
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı(rus dili arzuolunandır)
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
- İş yeri: Binəqədi yolu 100
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə (əmək müqaviləsi).
- Əmək haqqı: 600-700Azn