Az - Granata LLC

Şirkət haqqında:
2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. AZGRANATA meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
Əlaqə vasitələri:
Maliyyə analitiki
İş barədə məlumat:
- Günlük və aylıq satış datalarının təhlili və satış hesabatlarının hazırlanması;
- Aylıq istehsal dataları əsasında maya dəyərinin təhlili üçün hesabatların hazırlanması və kənarlaşmaların müəyyən edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Aylıq konsolidə maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Büdcə hesabatlarının hazırlanması və digər şöbələrlə koordinasiya edilməsi;
- Büdcə və faktiki xərclərin analizi və fərq hesabatlarının hazırlanması;
- Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması;
Tələblər:
- İnformasıya Texnologiyası, İqtisadiyyat, Maliyyə, Statistika,Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə təhsil (Magistr üstünlükdür)
- Data Analitika, Biznes Analitika, maliyyə analitikası və ya oxşar sahələrdə iş təcrübəsi
- FMCG sahəsində çalışanlara üstünülük verilir
- MS Office (xüsusilə Excel) və Power BI yüksək səviyyədə, 1C və Logo proqramları ilə orta səviyyədə işləmək bacarığı
- Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığının olması
- Yaradıcı, yenilikçi və problem həll etmə bacarığının olması
- Sürətli və dinamik iş mühitində işləmək bacarığının olması
- Komanda daxili və digər struktur komandalar ilə effektiv ünsiyyətin qurulması
- Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dilləri yaxşı səviyyədə.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.