QANT QRUP MMC

Şirkət haqqında:
2021 ci ildən istehsal olunan Ünvanı türkan qəsəbəsi olan çiçək bulaq suyunun mənbəyi artezian suyudur.
Bu illər ərzində şirkət inkişaf edərək böyümüş, istehsal etdiyi məhsulların keyfiyyəni hər zaman nəzarətdə və diqqətdə saxlayaraq içməli su istehsalı bazarında öz sözünü demiş şirkətlərdən birinə çevrilmişdir. Zavod ən son müasir avadanlıqlarla təchiz olunmuşdur. İstehsal müəssisəsində avtomatlaşdırılmış 5 xət mövcuddur.
İstehsal gücü saatda 12 ton olan əks osmoss sistemi,qum, kömür, ultrabənövşəyi süalar (5 ədəd mövcuddur hər xətt üçün), dolomid mineral aparatları ( hər xətt üçün) və digər müxtəlif mexaniki filtirlər. Bununla yanaşı PET qablar üçün şişirmə, dolum və qapaqlama, etiket, tarix kodlama və paketləmə avadanlıqları mövcuddur Həmçinin zavod 19 litrlik polikorbonat qablar üçün yuma (dezinfeksiya) aparatı və buxar (dezinfeksiya )aparatı ilə təhciz olunmuşdur.
"Çiçək bulaq" suyunun üstünlüyü onun codluq göstəricilərinin aşağı olması, yəni yüngül su olmasıdır. Sularımız İSO sertifikatı ilə istehsal olunur və bütün standartlara cavab verir. Bu gün çiçək bulaq sularının bazarda fərqlənməsinin bir səbəbi də tam minerallarla zəngin olmasıdır. Bütün məhsullar tam avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən istehsal olunur.
Əlaqə vasitələri:
Əməliyyatçı Mühasib
Vəzifə Öhdəlikləri:
- Gündəlik maliyyə əməliyyatlarının (nağd və nağdsız) dəqiq qeydiyyatının aparılması;
- Gəlir və xərclərin uçotunun sistemli şəkildə həyata keçirilməsi;
- Vergi (ƏDV, Mənfəət, Sadələşdirilmiş və s.), DSMF və Statistika hesabatlarının hazırlanması və müvafiq orqanlara vaxtında təqdim edilməsi;
- Müqavilələrin tərtib olunması, qeydiyyatı və icrasına nəzarət edilməsi;
- Bank əməliyyatlarının (ödənişlərin həyata keçirilməsi, çıxarışların yoxlanılması) icrası və nəzarəti;
- Kassa əməliyyatlarının (nağd pulun qəbulu, verilməsi, kassa kitabının aparılması) tələblərə uyğun aparılması;
- Kassa limitlərinə riayət edilməsi və kassa intizamının təmin olunması;
- Nağd pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi;
- Ödəniş tapşırıqlarının hazırlanması və icrası;
- Debitor və kreditor borcların uçotunun aparılması və nəzarəti;
- Anbar qalıqlarına nəzarət olunması
- Əmək haqqı, son haqq hesabların hazırlanması və mühasibatlıq proqramına işlənməsi
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat Uçotu və Audit ixtisasları üzrə üstünlük verilir);
- Mühasibatlıq və ya mühasib-xəzinədar sahəsində minimum 1-2 il iş təcrübəsi;
- 1C proqramında və ya digər mühasibat proqramlarında (Logo proqramını bilmək arzuolunandır.) sərbəst işləmək bacarığı;
- Vergi Məcəlləsi və əlaqədar qanunvericilik barədə biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətli yanaşma və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Xanım namizədlərə üstünlük verilir;
İş şəraiti
- iş yeri: Bakı, Xətai ray Gəncə prospekti 2935A ( xəzər univermağının yanı);
- İş qrafiki: 6 günlük iş;
- Əmək haqqı: 600-800 azn;
- Rəsmi qeydiyyat: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun;
- Peşəkar inkişaf imkanları və mehriban iş mühiti.