İnsan resursları üzrə əməliyyatçı (HR Operations)
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi məlumatlarının idarə olunması və HR sistemlərində dəqiq qeydiyyatın aparılması
- İşə qəbul, işdən azad olunma və daxili keçid proseslərinin koordinasiyası
- Əmək müqavilələrinin hazırlanması, yenilənməsi və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi
- İllik məzuniyyət, xəstəlik vərəqəsi və digər inzibati proseslərin idarə edilməsi
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- HR siyasət və prosedurlarının icrasında dəstək göstərmək
Tələblər və bacarıqlar:
- HR Operations və ya inzibati insan resursları sahəsində minimum 1 il təcrübə
- Əmək qanunvericiliyi və İnsan Resursları prosedurları haqqında bilik
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə Excel)
- Yüksək dəqiqlik, təşkilatçılıq bacarığı və diqqətlilik
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.