North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
İT üzrə mütəxəssis (Qarabağ)
Vəzifələr və bacarıqlar:
- Şəbəkə texnologiyalarının əsaslarının anlaşılması (Ethernet, TCP/IP, VLAN, Wi-Fi).
- Müxtəlif kateqoriyalı şəbəkə kabellərinin (Cat5e, Cat6, Cat6a, Cat7) çəkilişi və konnektorların sıxılması.
- Şəbəkə kabellərin testeri ilə işləmək bacarığı.
- Server şkaflarının standartlara uyğun montajı və sazlanması.(Patch panel)
- UPSlərin quraşdırılması və batareyalarının dəyişdirilməsi
- İp telefonların quraşdırılması
- Xerox və HP Printerlərlər işləmək bacarığı, tonnerlərin dəyişdirilməsi, Scan to email , Scan to Folderin qurulması
- Hikvision müşahidə kameralarının və NVR-ların quraşdırılması və sazlanması
- TP-Link,HP switch-lərin konfiqurasiyası VLAN, Access Port, Trunk Port, SNMP və problemlərinin həlli,
- Windows 11 əməliyyat sisteminin quraşdırılması və nasazlıqlarının aradan qaldırılması
- Active Directory-nin əsasları (istifadəçilərin və domenlərin idarə edilməsi tələb olunursa).
- Microsoft Office proqramlarının ilə işləmə bacarığı
- Memarlar üçün ixtisaslaşdırılmış proqramların quraşdırılması və konfiqurasiyası (AutoCAD, Tekla, Revit, ArchiCAD, SketchUp və s.).
- Proqram təminatının əməliyyat sistemi ilə uyğunluq problemlərinin həlli.
- Uzaqdan işləmə və texniki dəstək göstərmək bacarığı
- ServiceDesk Ticket sistemi ilə işləmə bacarığı
Tələb olunan şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və operativ qərarvermə qabiliyyəti
- Səbirli və çevik düşünmə bacarığı
- Komanda ilə işləmək və müstəqil çalışmaq bacarığı
- Fiziki dözümlülük və ezamiyyətlərə hazır olmaq
Üstünlük verilən biliklər:
- Şəbəkə təhlükəsizliyi sahəsində biliklər
- Avtomatlaşdırılmış sistemlər üzrə biliklər
- Optik kabellərin çəkiliş üzrə dərindən biliklər