166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
Beynəlxalq logistika üzrə satış meneceri
Vəzifə öhdəlikləri:
- Beynəlxalq logistika xidmətlərinin (dəmir yolu, dəniz, avtomobil, hava, multimodal) satışı;
- Yeni B2B müştərilərin axtarışı və portfelin genişləndirilməsi;
- Müştəri sorğularının cavablandırılması və fərdi həllərin təklifi;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Satış proseslərinin CRM-də qeydiyyatı və izlənməsi;
- Əməliyyat və müştəri xidməti komandaları ilə koordinasiya;
- Aylıq və rüblük satış planlarının yerinə yetirilməsi.
Tələblər:
- Logistika və ya B2B satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yükdaşıma prosesi, Incoterms və əsas logistika terminləri üzrə bilik arzu olunandır;
- Yüksək səviyyədə satış və ünsiyyət bacarıqları;
- MS Office və CRM proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Rus dili səlis,İngilis dili minimum intermediate,Çin dili üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 1500 azn + bonuslar;
- Ünvan: Yasamal rayonu., Şəfayət Mehdiyev küçəsi.