STP Global Cable

Şirkət haqqında:
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
“STP Global Cable” MMC, məftil və kabel sənayesində məqbul reputasiya qazanmışdır. İndiyədək 12 illik fəaliyyətimizdə biz keyfiyyətli və etibarlı naqil və kabellərimizdən danışılan bir sıra məhsul və sistem sertifikatları və mükafatlarla təriflənmişik ki, bu da bizi Azərbaycanda və dünya bazarında ən keyfiyyətli məftil və kabel şirkətlərindən birinə çevirib.
Əlaqə vasitələri:
Müfəttiş
“STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsində “Müfəttiş” vakansiyası elan edir.
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə 3-4 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Müəssisədə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit standartlarının tətbiqinə və icrasına nəzarət etmək;
- Müvafiq qanunvericilik və normativ tələblərə uyğunluğun təmin olunmasını izləmək;
- İstehsalat və ya iş sahəsində mövcu risklərin müəyyənləşdirilməsi, təhlili və qiymətləndirilməsini həyata keçirmək;
- Potensial təhlükəli vəziyyətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri təklif etmək və tətbiqinə nəzarət etmək;
- Müntəzəm olaraq sahə yoxlamaları və daxili auditlər aparmaq;
- Uyğunsuzluqları sənədləşdirmək və qabaqlayıcı tədbirlər üzrə təkliflər hazırlamaq;
- İş yerində baş verən qəza və insidentlərin araşdırılması həyata keçirmək;
- Araşdırma hesabatları hazırlamaq və təkrarlanmasının qarşısını almaq üçün tədbirləri tövsiyə etmək;
- İşçilərin təhlükəsizlik və sağlamlıq mövzusunda maarifləndirilməsi üçün təlimlər təşkil etmək;
- Yeni işçilərə giriş təlimatlarının keçirilməsini təmin etmək;
- Gündəlik,həftəlik və aylıq hesabatların hazırlanması;
- İnspeksiya və yoxlamalarla bağlı sənədlərin və protokolların düzgün şəkildə arxiləşdirilməsini təmin etmək;
- Ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək (tullantıların idarə olunması,səs-küy və tozun azaldılması və s.).
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı - Növbəli;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.