Technocare MMC
Şirkət haqqında:
Şirkət haqqında
Technocare MMC – avtomatika, elektronika və energetika sahələrində ixtisaslaşmış mühəndislik və texnologiya şirkətidir. Şirkətimiz bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən təsis edilmiş və qısa müddət ərzində etibarlı texnoloji tərəfdaş kimi tanınmışdır.
Technocare MMC olaraq Schneider Electric, Siemens, WAGO, SICK, Weidmüller kimi dünyaca məşhur brendlərin məhsullarının Azərbaycanda satışı və servis xidmətlərini təqdim edirik. Müştərilərimizə yalnız məhsul deyil, kompleks texnoloji həllər və texniki dəstək də təklif edirik.
Şirkətimizin əsas fəaliyyəti aşağıdakı sahələri əhatə edir:
- Avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və tətbiqi
- Elektrik və elektronika avadanlıqlarının satışı və quraşdırılması
- Energetika sahəsində texniki həllərin hazırlanması
- Cihazlara texniki baxış və servis xidməti
Missiyamız – ən son texnologiyaları izləyərək, yenilikçi, funksional və davamlı həllər təqdim etmək, müştərilərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli mühəndislik xidmətləri göstərməkdir. Hər bir layihəyə fərdi yanaşaraq, həm sənaye, həm də məişət sahələri üçün optimal və uzunömürlü sistemlər qururuq.
Dəyərlərimiz – peşəkarlıq, etibarlılıq və innovasiya. Biz texnologiyanı yalnız tətbiq etmirik, həm də onu müştərilərimiz üçün real üstünlüyə çeviririk.
Əlaqə vasitələri:
Elektronika - Avtomatika Mühəndisi
Komandamıza yeni üzv axtarırıq!
Tələblər:
- Ali texniki təhsil (Elektrik mühəndisliyi, Elektronika, Avtomatika və ya əlaqəli sahələr üzrə);
- Elektrik və avtomatika layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD, EPLAN, Proteus və s.) işləmək bacarığı;
- Avtomatlaşdırma sistemləri, PLC, SCADA və ya mikroprosessorlarla işləmə təcrübəsi;
- Avtomatlaşdırılmış istehsal sistemlərinin idarə olunması üzrə biliklər;
- Elektron sxemləri oxumaq və tətbiq etmək bacarığı;
- Elektron komponentlər (rezistor, kondensator, diod, tranzistor və s.) və onların iş prinsipləri barədə biliklər;
- Mikroprosesorlu və mikro-kontroller əsaslı sistemlərlə işləmə bacarığı (Arduino, Raspberry Pi və s.);
- Ölçmə cihazları və elektrik test avadanlıqları (multimetr, osiloskop, izolyasiya test cihazı və s.) ilə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq, ingilis və ya rus dili bilikləri üstünlükdür;
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
- Hərbi mükəlləfiyyəti olmayan və ya xidməti bitirmiş olmaq vacibdir.
Vəzifələr:
- Elektronika və avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi;
- Qurğuların və avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması;
- Texniki sənədlərin hazırlanması və idarə olunması;
- Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq;
- Sistemlərin optimallaşdırılması və performansının artırılması;
- Layihələrin test edilməsi və dəstəklənməsi.
Biz nə təklif edirik?
- Peşəkar və öyrədici iş mühiti;
- Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
- Əməkhaqqı: Razılaşma yolu ilə