Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
İR üzrə mütəxəssis (Performansın İdarə Edilməsi)
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Komputer bilikləri: MS Office - əla;
- Təcrübə Performansın idarə edilməsi sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri və praktiki biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq;
- Yenilikçi və proaktiv yanaşma;
- Məsuliyyətli.
İş barədə:
- Əməkdaşların performansını və şirkətin effektivliyini artırmaq üçün performansın idarə edilməsi siyasətinin və prosedurunun işləyib hazırlanması və həyata keçirilməsi;
- Məqsədlərin müəyyən edilməsi, performansın ölçülməsi və feedback mexanizmləri daxil olmaqla, fəaliyyətin qiymətləndirilməsi sistemlərinin layihələndirilməsi və icrası;
- Məqsədlərin müəyyən edilməsi, performansın ölçülməsi və feedback mexanizmləri daxil olmaqla, fəaliyyətin qiymətləndirilməsi sistemlərinin layihələndirilməsi və icrası;
- Performans təhlillərinin aparılmasında və fəaliyyətin təkmilləşdirilməsi planlarının yaradılmasında menecerlərə rəhbərlik və dəstək verilməsi;
- Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının hazırlanmasına kömək göstərilməsi;
- Performans nəticələrinin izlənməsi və maraqlı tərəflərə çatdırmaq üçün performans panellərinin və hesabatlarının hazırlanması;
- İşə Qəbul prosesində iştirak etmək;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
- Namizədin bilik və bacarığına uyğun olaraq
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə mütəxəssis (Performansın İdarə Edilməsi)” yazmaqla qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.