Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Satıcı-kassir
Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Satışın icrasını təmin etmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək:
Tələblər:
- Təhsil: orta
- Azərbaycan dili səlis, rus dili arzuolunandır
- Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı, gülərüz olmalı
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Yaş həddi 25-40
Əlavə məlumat:
- Əmək haqqı; 727 azn Gross;
- Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə;
- İş yeri: Baki şəhəri, Sulutəpə qəsəbəsi,Ruslan Allahverdiyev küçəsi döngə9/21D
- Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 228); Mob: (+994) 55 500 32 09
Maraqlanan namizədlərdən mövzu sətrində “Satıcı-kassir” qeyd etməklə CV-ni qeyd olunan mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.