PARLA Pharmaceuticals

Şirkət haqqında:
Parla Pharmaceuticals Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir. Şirkətimiz 2019-cu ildə yaradılıb. Parlanın fəaliyyəti Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalından ibarətdir.
Vizyonumuz
- Səhiyyə xidmətlərinin daha əlçatan olmasına nail olmaq və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq.
- Müştərilərimiz, əməkdaşlarımız, biznes tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər yaratmaq.
Missiyamız
Missiyamız yüksək keyfiyyətli, münasib qiymətə dərmanlar təqdim etməklə əczaçılıq bazarında müştəri yönümlülüyü və liderliyi inkişaf etdirməkdir. Yüksək texnologiyalı dərman məhsullarının ixracı da əsas fəaliyyət istiqamətlərimizdən biridir.
Əlaqə vasitələri:
Maliyyə Meneceri
Vəzifə öhdəlikləri:
- Maliyyə və xərclərə nəzarət fəaliyyətlərinin icra edilməsi
- Qısa-müddətli və uzun-müddətli büdcələmə, büdcəyə rüblük təkrar baxış və düzəlişlər, müvafiq aspektlərdən maliyyə ilinin planlaması və bağlanması; Direktora və İdarə Heyətinə təqdim etmək üçün illik və tələbə uyğun təkrar büdcə hesabatları və təqdimatlarının hazırlanıb təsdiqlənməsi
- Xərclərin müvafiq funksiyalarla birgə planlanması, hazırlanması, mütəmadi aylıq və “ad-hoc” izlənilməsi, illik və təkrar baxışlar keçirib təsdiqlənən büdcəyə uyğun yenilənməsi;
- Bütün funksiyalara aid hesab-faktura əməliyyatlarının büdcə və xərc planlamasına uyğunluğunun izlənilməsi və təsdiqlənməsi və tələb olunarsa müvafiq sənədləşmənin aparılması
- Parla Təsdiq Komitəsinin üzvü olaraq maliyyə aspektindən digər funksiyalar tərəfindən yönləndirilmiş ianə, sponsorluq və s. maliyyələşdirmə sorğularının nəzərdən keçirilib təsdiqlənməsi
- Hüquq şöbəsi ilə müştərək qaydada maliyyə aspektindən tərəfdaşlardan tələb olunan kriteriyaların yoxlanılması (Due Diligence)
- Maliyyə hesabatlarının, biznes planın tələb olunan strukturlar üçün hazırlanması və təqdimatı
- Maliyyə hesabatlarının, biznes planın təkrar baxışların keçirilməsi
- Dövri hesabatların hazırlanması
İş şəraiti:
- İş yeri- Time Biznes Mərkəzi
- İş saatları- 09:00-18:00 – 5 günlük iş rejimi
- Tibbi sığorta və danışıq paketi