PARLA Pharmaceuticals

Şirkət haqqında:
Parla Pharmaceuticals Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir. Şirkətimiz 2019-cu ildə yaradılıb. Parlanın fəaliyyəti Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalından ibarətdir.
Vizyonumuz
- Səhiyyə xidmətlərinin daha əlçatan olmasına nail olmaq və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq.
- Müştərilərimiz, əməkdaşlarımız, biznes tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər yaratmaq.
Missiyamız
Missiyamız yüksək keyfiyyətli, münasib qiymətə dərmanlar təqdim etməklə əczaçılıq bazarında müştəri yönümlülüyü və liderliyi inkişaf etdirməkdir. Yüksək texnologiyalı dərman məhsullarının ixracı da əsas fəaliyyət istiqamətlərimizdən biridir.
Əlaqə vasitələri:
Kommersiya və Logistika üzrə menecer
Vəzifə öhdəlikləri:
- Kommersiya münasibətlərinin idarə edilməsi və icrası
- Xidmət təchizatçıları ilə kommersiya şərtlərinin müzakirə edilməsi və görüşlərin keçirilməsi
- Xidmət təchizatçıları ilə müqavilə və sazişlərin hazırlanmasında iştirak edilməsi, müqavilə üzrə kommersiya öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və müvafiq proseslərin idarə edilməsi
- Cari təchizatçılarla mütəmadi həftəlik cari sifarişlər və proqnozlar üzərindən görüşlərin keçirilməsi
- Yeni təchizatçılarla müvafiq danışıqların aparılması, kommersiya şərtlərinin və təkliflərinin hazırlanması, müqavilə və sazişlərin hazırlanmasında iştirak edilməsi, müqavilə üzrə kommersiya öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və müvafiq proseslərin idarə edilməsi
- Distribyutorlarla müvafiq danışıqların aparılması, kommersiya şərtlərinin və təkliflərinin hazırlanması, müqavilə və sazişlərin hazırlanmasında iştirak edilməsi, müqavilə üzrə kommersiya öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və müvafiq proseslərin idarə edilməsi
- Cari təchizatçılarla bağlanmış müqavilə çərçivəsində sifariş və yükləmələrə (çatdırılmaya) uyğun şəkildə ödənişlərin izlənilməsi və müvafiq sənədləşmələrin aparılması
- Distribyutorlarla bağlanmış müqavilə çərçivəsində sifariş və yükləmələrə (çatdırılmaya) uyğun şəkildə ödənişlərin izlənilməsi və müvafiq sənədləşmələrin aparılması
- Müvafiq tərəfdaşlarla münasibətlərin saxlanılması, mütəmadi tələbə uyğun görüşlərin keçirilməsi
- Müvafiq tenderlərdə Parlanın birbaşa və ya dolayı iştirakı üçün tələb olunan məlumat, təklif, hesablamalar və hesabatların hazırlanması, ümumi işə dəstək verilməsi və görüşlərdə iştirak edilməsi
Təchizat zənciri ilə bağlı fəaliyyətlərin icra edilməsi:
- Satış komandasının təqdim etdiyi tələbat və proqnozlara əsasən təchizatçılardan edilən sifariş, proqnoz, yükləmə və çatıdırılma işinin təşkili, izlənilməsi, müvafiq hesabatların hazırlanması
- Sifariş tələbinə uyğun olaraq təchizatçılara sifarişlərin vaxtında və düzgün verilməsi, qeydiyyat şöbəsi ilə razılaşdırılıb təsdiqlənməsi
- Təchizatçılarla sifarişlərin tənzimlənməsi və istehsal və logistika statuslarına və proseslərinə nəzarət edilməsi və izlənilməsi
- Hər bir təchizata dair müvafiq keyfiyyət və digər tələblərin və sənədlərin əlaqədar funksiyalarla birgə yoxlanılması, təsdiqlənməsi, təchizat prosesinin izlənilməsi və ümumi nəzarət edilməsi və müvafiq qayda və tələblərə uyğun sənədləşdirmə və arxivləşdirmənin aparılması
- Parlanın anbarında stoklara nəzarət edilməsi, mal ehtiyatlarının saxlanılması və dərman vasitələrinin bazarda mövcudluğunun təmin edilməsi
- Rəqiblərin fəaliyyəti barədə, həmçinin ölkədə biznes fəaliyyətə təsir edə biləcək ümumi və qanunvericilikdə edilmiş hər hansı dəyişikliklər barədə məlumatların rəhbərliyə təqdim olunması
- Kommersiya işləri üzrə komitə toplantılarında iştirak edilməsi
İş şəraiti:
- İş yeri- Time Biznes Mərkəzi
- İş saatları- 09:00-18:00 – 5 günlük iş rejimi
- Tibbi sığorta və danışıq paketi