Azerbaijan SuperMarket

Şirkət haqqında:
Hədəfimiz nədir?
Bizim ambisiyamız Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır.
Missiya
Biz hədəfimizə necə nail olmağı planlaşdırırıq?
Müştərilərimizi qida, qeyri-qida məhsulları barədə məlumatlandırmaq və beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, bizim məqsədimiz yüksək keyfiyyətli innovativ məhsullar təklif etmək, həmçinin müştərilərimizi ruhlandırmaq, müsbət mənada təəccübləndirmək və həmişə orta gəlirli ailələr üçün münasib qiymətlər təqdim etməkdir.
Dəyərlər
Bizim məramımız nədir və biz necə davranırıq?
Biz:
Populyarıq
Əlçatanıq
Etibarlıyıq
Rahatıq
Liderik
Əlaqə vasitələri:
İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik
Vəzifə öhdəlikləri:
Avadanlıqların gündəlik texniki baxışı və monitorinqi:
- Marketlərdə quraşdırılmış VRV, Rooftop və Split sistemlərin gündəlik texniki vəziyyətini yoxlamaq. Temperatur, hava axını, səs və titrəmə səviyyələrini müşahidə edərək mümkün nasazlıqların qarşısını almaq. Filtrlərin, drenaj borularının, fan və kompressorların işləkliyini təftiş etmək.
İlkin texniki diaqnostika və nasazlıqların aradan qaldırılması:
- Sistemlərdə baş verən sadə nasazlıqları (kontakt qırılması, bağlantı boşluğu, su sızması və s.) operativ şəkildə aradan qaldırmaq. Ciddi texniki problemlər barədə dərhal HVAC mütəxəssisinə məlumat vermək
Təmir və xidmət proseslərində fəal iştirak:
- Müntəzəm texniki xidmət və təmir əməliyyatlarında iştirak etmək, avadanlıqların sökülməsi, təmizlənməsi, yenidən quraşdırılması işlərini yerinə yetirmək. Texniki heyətlə birlikdə preventiv və cari təmir planlarını icra etmək.
Quraşdırma işlərində texniki dəstək:
- Yeni avadanlıqların quraşdırılması zamanı mexaniki işlərdə aktiv iştirak etmək. Kabel bağlantıları, havalandırma xəttləri və konsol bərkidilməsi kimi işləri yerinə yetirmək.
SƏTƏM qaydalarına əməl:
- İcra etdiyi bütün işlərdə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və qaz sızmasının qarşısının alınması üzrə tədbirlərə riayət etmək. Fərdi mühafizə vasitələrindən (dəbilqə, qoruyucu eynək, əlcək, respirator) mütəmadi istifadə etmək. Təhlükəli şərait və ya qəza potensialı olan hallar barədə dərhal rəhbərliyə məlumat vermək.
Yüksəklikdə və qaldırıcı qurğularda işləmə qaydaları:
1,2 metr və yuxarı yüksəkliklərdə yalnız qoruyucu kəmər, təhlükəsizlik ayaqqabısı və dəbilqə ilə işləmək. Qaldırıcı qurğularda (avtokaldırıcı, səbət, tikinti liftləri və s.) yalnız texniki baxışdan
- keçmiş, icazə verilmiş vasitələrdən istifadə etmək. Yüksəklikdə iş zamanı heç vaxt tək qalmamaq – müşahidəçi əməkdaşla birlikdə işləmək. Zolaqlama və xəbərdarlıq nişanları ilə işləmə zonası mühafizə olunmaq.
Əlaqələndirmə və komanda işi:
- İstilik, havalandırma və soyudu (İHS) sistemlər üzrə mütəxəssislərdən alınan tapşırıqları vaxtında və düzgün icra etmək. Digər ustalar və elektrik, lift, avtomatika texnikləri ilə koordinasiyalı işləmək.
İş hesabatlarının təqdim edilməsi:
Gördüyü işlər barədə gündəlik və ya həftəlik texniki hesabatlar təqdim etmək. İstifadə olunan ehtiyat hissələri və alətlər barədə qeydlər aparmaq
Tələblər:
- İHS (istilik, havalandırma, soyutma), Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə peşə və ya texniki təhsil.
- İHS sistemləri, xüsusilə VRV, Rooftop və Split qurğularla minimum 2-3 il praktiki iş təcrübəsi.
- İHS sistemlərinin işləmə prinsipləri, texniki xidmət, diaqnostika və nasazlıqların aradan qaldırılması sahəsində güclü bilik.
- İHS təmir və quraşdırma üçün lazım olan texniki alət və avadanlıqlardan istifadə bacarığı.
- Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yüksəklikdə işləmə qaydaları barədə yaxşı anlayış.
- Yüksəklikdə və fiziki güc tələb edən şəraitdə işləmək qabiliyyəti.
- Elektrikçi və avtomatika texnikləri daxil olmaqla texniki heyətlə effektiv əməkdaşlıq bacarığı.
- Sadə texniki problemləri tez müəyyən edib aradan qaldırmaq bacarığı.
- Texniki xidmət fəaliyyəti, istifadə olunan ehtiyat hissələri və sistem vəziyyəti barədə hesabat tərtib etmək bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya İngilis dili üstünlükdür.