Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
Xərclərə nəzarət üzrə baş mütəxəssis
İş yeri: Bakı, Yasamal ray.
Vəzifə ödəlikləri:
- Bütün xərclərin müqayisəsini aparmaq, fərqləri təhlil etmək və hesabat vermək
- Əməliyyat bölmələri ilə koordinasiya şəraitində çalışmaq
- ERP sistemlərində xərclərin qeydiyyatını və monitorinqini təmin etmək
- Hər ayın sonunda COGS-un SKU bazında düzgün şəkildə hesablanmasını kontrol etmək
- İstehsal prosesində istifadə olunan xammal və yarımfabrikatların sərfiyyatına nəzarət
Əsas tələblər:
- Maliyyə və Audit sahəsində minimum 5 il iş təcrübəsi
- Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə bakalavr və ya magistr təhsili.
- MS Office proqramlarında işləmə bacarığı.
- Azərbaycan dili (əla), Rus və ingilis dilləri (arzu olunandır)