Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
Daşınmaz əmlakların araşdırılması üzrə mütəxəssis / baş mütəxəssis
Müəssisə: AL MARKET MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- Sürücülük vəsiqəsi - B kateqoriya.
- Sənədləşmə və yazışma işlərini bacarmalı.
- MS Office proqramlarını orta səviyyədə bilməli.
- Araşdırma qabiliyyəti yüksək olmalı.
- Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.
- Ezamiyyətlərə açıq olmalıdır.
- Dil bilikləri (Rus dili və ingilis dili biliyi arzu olunandır)
İş haqqında məlumat:
- Standartlara uyğun mağaza obyektlərinin tapılması.
- Mövcud və açılacaq mağazaların dövlət orqanları ilə müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi.
- Sahibkarlarla görüşüb, təkliflərin verilməsi.
- Müxtəlif növ qəbzlərin ödənilməsini və nəzarətini təmin etmək.
- Müxtəlif növ vergilərin ödənilməsinə nəzarət etmək.
- Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
- Mağazanın təmir müddətinin təqibi.
- Mağazanın rolevesinin alınmasında iştirak.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;