AZ Smart LLC

Şirkət haqqında:
Az Smart MMC müxtəlif növ ticarət və xidmət sahələri, eləcə də bank sektoruna innovativ maliyyə texnologiyaları üzrə həllər təklif edir. Az Smart MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir.
Az Smart MMC, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş standartlara cavab verən Nəzarət Kassa Aparatları və proqram təminatı üzrə kompleks həllərini ölkə üzrə müxtəlif ticarət sektorlarına təklif edir. Bu həllər sahibkarların gündəlik işlərini daha sadə və effektiv aparılmasına dəstək olaraq, şəffaf hesabatlılıq və etibarlı sahibkarlıq prinsipləri əsasında işləməyə şərait yaradır.
Əlaqə vasitələri:
Texniki dəstək üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Müştəriyə texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, müştəriyə yerində yardım göstərilməsi;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması;
- Nəzarət-Kassa Aparatlarında proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Windows və Android əməliyyat sistemi barəsində biliklər;
- Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;
- Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;
- Kompyüter texnikası və şəbəkə avadanlıqları haqqında ümumi anlayış;
- Nasazlıqların axtarışı üzrə bacarıqlar;
- Xidmət masası (Service Desk) ilə iş təcrübəsi;
- Microsoft Office proqramlarından istifadə təcrübəsi;
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00