Unicapital

Şirkət haqqında:
Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan Unicapital İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib
Əlaqə vasitələri:
Daxili auditor
Vəzifə öhdəlikləri
- İnvestisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsini həyata keçirmək;
- Audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr vermək;
- Verilən tövsiyələrin icrasına nəzarəti təmin etmək;
- Auditin nəticələrinə dair hesabatlar hazırlamaq;
- Daxili audit üzrə hesabatları müvafiq idarəetmə orqanlarına təqdim etmək;
- Cəmiyyətin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) üzrə audit funksiyasını həyata keçirmək;
- Daxili audit fəaliyyətini qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara uyğun təşkil etmək;
- Daxili audit xidmətinin illik audit planının layihəsini hazırlamaq;
- Şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatları mütəmadi təhlil etmək;
- Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlamaq.
- Audit hesabatı ilə bağlı icra orqanı tərəfindən görülən tədbirlərin nəticələrini izləmək və ildə azı 2 (iki) dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat vermək;
Aşağıdakılar üzrə qiymətləndirmələr aparmaq:
- daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;
- risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;
- daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;
- investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;
- aktivlərin qorunması və təhlükəsizliyi;
- investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.
Vəzifəyə dair tələblər
- Ali iqtisadi və ya hüquqi təhsilə malik olaraq audit fəaliyyəti üzrə 1 il iş təcrübəsinə malik olmaq.
- Texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, ödəniş xidmətləri, modelləşmə və s.) təcrübəyə malik olmaq.