Təmiz Şəhər

Şirkət haqqında:
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən təsis olmuşdur. 2009-cu il martın 12-də “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən qurumdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan sərəncam və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edilməsi ilə bağlı 2 iyul 2022-ci il tarixli fərmanı ilə “Təmiz Şəhər” ASC-nin fəaliyyət dairəsi genişləndirilərək, işğaldan azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Əlaqə vasitələri:
Vergi hesabatlılığı üzrə baş mütəxəssis
Vəzifə öhdəlikləri:
- Cəmiyyət üzrə tələb olunan bütün icra orqanlarına aylıq, rüblük və illik hesabatların, o cümlədən vergi, sosial sığorta, statistika üzrə hesabatların tərtib və təqdim olumasını təmin edir;
- Gündəlik həyata keçirilən maliyyə mühasibatlıq əməliyyatlarını yoxlayır, uyğun müxabirləşmələri yerinə yetirir;
- Hesablanmış vergi və digər məcburi ödənişlərin hesablanmasına və vaxtında aidiyyəti üzrə köçürülməsinə nəzarət edir;
- Vergi planlaması və vergi risklərinin azaldılmasına dair təkliflər verir;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edir və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin edir;
- İdarəetmə hesabatını və digər maliyyə hesabatlarını tərtib edir və müvafiq çıxarışları hazırlayır;
- Təqdim olunan hesabatlarla bağlı bütün məsələlərlə əlaqədar olaraq dövlət və icra orqanları ilə yazışmaların aparılmasını, sorğuların vaxtında cavablandırılmasını təmin edir;
- Lazımi hallarda debitor və kreditorlarla qarşılıqlı üzləşmələr aparır;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılmasını təmin edir;
- Təqdim olunan hesabatların Cəmiyyətə məxsus uçot proqramlarında qeydiyyatını aparır;
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat, mühasibatlıq, maliyyə);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatı (PMS 1 və PMS 2);
- MS Office, 1C, SAP proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, təhlil etmə, problemləri həll etmə.
İş şəraiti:
- Gündəlik tam iş günü rejimi
Tələblərə cavab verən namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Vergi hesabatlılığı üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.