Azinko Development

Şirkət haqqında:
2006-cı ildən fəaliyyətə başlayan “AZİNKO HOLDİNQ” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - “KLASS AZ KO” MTK, “XƏZƏR AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT” MMC daxildir.
Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin,biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur.
Əlaqə vasitələri:
Elektrik Ustası (Zəif Axın Sistemləri üzrə)
truktur: Texniki şöbə
İşəgötürən: “Azinko Development” MMC
Ünvan: Bakı şəhəri, Flame Towers
Tələblər:
- Orta texniki və ya ixtisaslaşmış ali təhsil;
- Zəif axın sistemləri üzrə minimum 2-3 il təcrübə;
- CCTV, access control, yanğın siqnalizasiya və digər zəif axın sistemləri üzrə bilik və bacarıq;
- Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı;
- Məsuliyyətli, dəqiq və operativ yanaşma.
Vəzifə öhdəlikləri:
- Kompleksdə zəif axın sistemlərinin (CCTV, access control, siqnalizasiya, internet və telefon xətləri, domofon və s.) daim işlək vəziyyətdə saxlanılması;
- Yanğın siqnalizasiya və xəbərdarlıq sistemlərinin (detektorlar, sirenlər, FACP və s.) daimi nəzarətdə saxlanılması və test edilməsi;
- Yeni sistemlərin quraşdırılması və mövcud sistemlərin modernizasiyası;
- Gündəlik texniki baxış və nasazlıqların operativ aradan qaldırılması;
- Zəif axın kabellərinin çəkilişi və düzgün bağlantısının təmin olunması;
- Texniki sənədləşmələrin və sxemlərin oxunması və tətbiqi.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı 1100-1400 AZN;
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları.