Baş Aşpaz
Şöbə: Mətbəx
İşəgötürən: “Yevlakh City Hotel” MMC /TABIA GROUP MMC
Ünvan: Yevlax şəhəri
Əmək funksiyası:
- Bütün restoran şöbələri və banket funksiyalarının gündəlik kulinariya fəaliyyətlərini idarə etmək.
- Brendin kulinariya standartları və əməliyyat prosedurlarına (SOP) tam uyğunluğunu təmin etmək.
- Pik xidmət saatlarında mətbəx işlərini nəzarətdə saxlamaq və yerində təlim və dəstək vermək.
- Müntəzəm olaraq yeməyin keyfiyyəti, dadı, təqdimatı və porsiya ölçüsünü yoxlamaq.
- Xidmət zamanı restoranlarda fəal iştirak etmək, zərurət olduqda qonaqlarla birbaşa ünsiyyət qurmaq.
- Mövsümi və tədbir əsaslı menyular hazırlamaq, bazar trendləri və qonaq gözləntilərinə uyğunlaşdırmaq.
- Mətbəx büdcəsinə nəzarət etmək; ərzaq xərcləri və işçi qüvvəsi hədəflərinə riayət olunmasını təmin etmək.
- Təchizat şöbəsi ilə əməkdaşlıq edərək keyfiyyətli məhsulların sərfəli qiymətə alınmasını təmin etmək.
- Anbar ehtiyatlarını izləmək, israfı minimuma endirmək və istehsal planlamasını səmərəli həyata keçirmək.
- Aşpaz heyətini idarə etmək, təlim keçmək və ruhlandırmaq; məsuliyyət, hörmət və yaradıcılıq mühitini təşviq etmək.
- Yeni əməkdaşların işə qəbulu, uyğunlaşdırılması (onboarding) və fəaliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək.
- Qida təhlükəsizliyi və sağlamlıq qaydalarına tam riayət olunmasını təmin etmək.
- HACCP jurnalları, temperatur qeydləri və təmizlik cədvəllərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək.
- Audit yoxlamalarına hazır olmaq və onların uğurlu keçməsini təmin etmək.
- Gündəlik brifinqlərdə və həftəlik rəhbərlik görüşlərində iştirak edərək ümumi əməliyyatlarla kulinariya şöbəsinin əlaqələndirilməsini təmin etmək.
- Aylıq hesabatlar təqdim etmək (istehlak, israf, hadisələr, təlim nəticələri və s.).
- Xüsusi aksiyalar, tədbirlər və yeni kulinariya ideyaları üzrə təşəbbüslərlə çıxış etmək.
Tələblər:
- Ali və ya natamam ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahəsində ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi.
- Mətbəx xidmətlərinin göstərilməsi qaydalarını;
- Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Əla təşkilatçılıq bacarığı;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili – yaxşı səviyyədə.
Fərdi keyfiyyət göstəriciləri:
- Fiziki dözümlülük;
- Üstün aşpazlıq və kulinariya bacarıqları;
- Mətbəx büdcəsini idarə etmək;
- Mətbəxdə gigiyenik və təhlükəsiz qaydalara riayət edilməsi;
- Mətbəxdə vəzifələrin bölüşdürülməsi və onların icrasına rəhbərlik etmək;
- Yaradıcı və unikal menyular tərtib etmək bacarığı;
- Mətbəxdə ilk tibbi yardımın necə tətbiq edilməsi;
- Stressin idarə edilməsi;
- Yüksək səviyyədə nizam-intizamlılıq;
- Strukturlu çalışma.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: 2 (iki) gün.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Tibbi sığorta.
İş yeri:
- Yevlax şəhəri.