Alfa Audit LLC

Şirkət haqqında:
"Alfa Audit" auditor şirkətinin əsası 2001-ci ildə qoyulmuşdur.
Yaradıldığımiz gündən etibarən hər ötən il ərzində gərgin işlər nəticəsində, şirkətimizin müstəqilliyini artıraraq şəxsi fəlsəfəmizi formalaşdırmışıq. Bu prinsiplərə riayət edərək, "Alfa Audit" şirkəti maliyyə bazarında aparıcı mövqeyi tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə nail olmuşdur. Hal hazırda "Alfa Audit" - Azərbaycanın audit, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir.
"Alfa Audit" şirkəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Məhz bu xüsusiyyətlər "Alfa Audit" şirkətini Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahısına daxil olmaq imkanını yaradıb. Audit və konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmaq, ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislər sayəsində baş tutması danılmaz bir faktdır.
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara vaxtında təqdim edilməsi;
- Elektron Vergi Hesab-Faktura, Qaimə-Faktrura, Hesab-Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Online kargüzarlıq, E-VHF, e- qaime portallardan istifadə etmə bacarığı;
- New E-Taxes və BTP proqramında hazırlanmalı hesabatların tərtib edilməsi;
- 1C Mühasibatlıq proqramında uçotun fasiləsiz təmin edilməsi və dövri yoxlanılması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Namizədə tələblər
- Azərbaycan və İngilis dilində sərbəst danışıq səviyyəsində (ən azı intermediate səviyyə) bilik mütləqdir
- Ali təhsilli olmalı
- Göstərilən sahə üzrə minimum 1 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir və yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqdır.