Grand Motors Company

Şirkət haqqında:
Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber
“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Təcrübəçi
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Azərbaycan dili səlis, Rus və ya İngilis dillərindən birini yaxşı səviyyədə bilməli;
- İnsan resursları əməliyyatları üzrə nəzəri biliklərə sahib olmalı;
- Məsuliyyətli, çevik və stressə davamlı olmalı.
Vəzifə öhdəlikləri:
- Müqaavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
- İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İcazələrin izlənməsi və davamiyyətlərə nəzarət;
- Stukturlardan gələn müraciətlərin yönləndirilməsi;
- Sənədlərin imzaya təqdim edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 400 AZN;
- İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Vakansiya ilə maraqlanan şəxslər qeyd olunan link-dən keçid edib müraciət edə bilər və ya elektron poçt ünvanına CV göndərə bilərlər.
- https://careers.ram.az/?vacancy=1826&source=UC_HBS8ZI
- cv@grandmotors.az