Yapi Kredi Bank

Şirkət haqqında:
Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.
2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.
Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.
Əlaqə vasitələri:
Sürücü
Tələblər:
- Sürücülük vəsiqəsi (B C kateqoriyası)
- Orta təhsil
- Bakı şəhərini yaxşı tanımalı
- Sürücülük üzrə ən azı 3 il və daha çox iş təcrübəsi
- İşində dəqiq və məsuliyyətli olmalı
- Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli.
Əsas iş funksiyaları:
- Bank tərəfindən idarə etmək üçün verilmiş nəqliyyat vasitəsi vahidini idarə edir
- Nəqliyyat vasitəsi vahidinin təmizliyinə, texniki baxışına daimi nəzarət edir
- İstifadə etdiyi nəqliyyat vasitəsi vahidini yol hərəkəti qaydalarına uyğun qaydada düzgün, o cümlədən səliqəli istismar edir
- Vəzifəsinin icrası ilə əlaqədar tabe olduğu vəzifəli şəxslərin nəqliyyat vasitəsinin istismarı ilə bağlı verdiyi tapşırıqları yerinə yetirir
CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.