AEM Elektron

Şirkət haqqında:
«AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir.
Çoxsaylı mağazalar şəbəkəsinə sahib olan «AEM ELEKTRON» MMC rəsmi distribüteri və dileri olduğu məhsulların satışı ilə yanaşı, həmçinin özünün peşəkar mütəxəssislər komandası ilə videonəzarət və müasir təhlükəsizlik sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini də uğurla həyata keçirir. Quraşdırma işləri razılaşdırılmış layihə sənədlərinə uyğun və minimal xərclərlə yerinə yetirilir.
Müqavilə və zəmanət öhdəliklərinə ciddi şəkildə əməl edilməsi, məhsulların, işin (xidmətin) vaxtında, qüsursuz və keyfiyyətli şəkildə təhvil verilməsi müştəri dəyərlərinə böyük önəm verən «AEM ELEKTRON» MMC-nin əsas korporativ prinsiplərindəndir.
Əlaqə vasitələri:
Aparıcı mühasib
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə aparılması
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Elektron portallarla (e-taxes.gov.az, e-gov.az, e-social.az və s.) işləmək
- Bank əməliyyatlarının aparılması və ödəniş tapşırıqlarının hazırlanması
- Qaimə-faktura, hesab-faktura, müqavilə və digər ilkin sənədlərin düzgün tərtib edilməsi
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması
- 1C və digər mühasibat proqramlarında işləmək
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması
- Audit və vergi yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanması
- Bütün mühasibat sənədlərinin sistemli və düzgün arxivləşdirilməsi
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti
- Yüksək səviyyədə məsuliyyət, operativlik və etibarlılıq
- Komandada işləmək bacarığı və təşəbbüskar yanaşma
İş şəraiti
- İş qrafiki: İş qrafiki həftənin 5 günü (Bazar ertəsi – Cümə)
- Əmək haqqı: Müsahibə əsasında