Kiçik mühasib
İş şəraiti:
- Ünvan: AGA Business Center
- İş rejimi: 5 günlük iş həftəsi, saat 09:00–18:00
- Əmək haqqı: Müsahibə zamanı müzakirə olunacaq
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə əməliyyatları üzrə təsdiqlənmiş sənədlərin təqdim edilməsinə nəzarət etmək
- E-qaimələri yoxlamaq və aidiyyəti şöbələrdən təsdiq almaq
- Bank ödənişlərini icra etmək
- Xarici təchizatçılar və gömrük ödənişləri ilə hesablaşmaları idarə etmək
- Gündəlik maliyyə əməliyyatlarını (alışlar, satışlar, əməkhaqqı və s.) ERP sistemində qeyd etmək
- Əməkhaqqı ödənişlərinə və əməkhaqqı kartlarının sifarişinə nəzarət etmək
- Debitor və kreditorlarla üzləşmələri aparmaq
- Vergi orqanları ilə elektron sistem üzərindən yazışmaları cavablandırmaq
- Xərclərin ERP sistemində düzgün əks olunmasına nəzarət etmək
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı bilik
- MS Excel və mühasibat proqramlarında işləmək bacarığı
- Diqqətcil olmaq və təyin olunmuş vaxtlarda işləri tamamlayabilmək
- İngilis dili – orta səviyyə
Əgər siz də bu vəzifədə maraqlısınızsa, CV-nizi qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Kiçik Mühasib" qeyd etməklə göndərin.