AGRO-VEST RETAIL

Şirkət haqqında:
2014-cü ildə əsası qoyulmuş Aqro-vest DC şirkətinin müxtəlif xarici ölkələrdən gətirdiyi, o cümlədən yerli istehsal edilən məhsulların mağazalar üzrə satışını həyata keçirmək.
Əlaqə vasitələri:
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
"Agro-west Retail" MMC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” vakansiyasını elan edir:
Vəzifə Öhdəlikləri:
- Marketlərdə gündəlik olaraq keyfiyyət yoxlamaları aparmaq;
- Keçirilmiş yoxlamalar üzrə hesabatları hazırlamaq, proseslərin səmərəliliyini təhlil etmək və rəhbərinə təqdim etmək;
- Uyğunsuzluq aşkar edildikdə, market rəhbərliyinə və aidiyyəti şöbələrə məlumat vermək;
- Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq, icrasını izləmək və lazım gəldikdə təkrar yoxlama aparmaq;
- Üzərinə düşən sənədlərin hazırlanması, izlənməsi və müvafiq qaydada saxlanılmasını təmin etmək;
- Market əməkdaşlarına sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi üzrə məsləhətlər vermək və lazım gəldikdə təlimlər keçmək;
- Dövlət orqanları tərəfindən keçirilən illik və növbədən kanar yoxlamalar zamanı rəhbərlik tərəfindən verilən göstərişə əsasən yoxlama komissiyalarını qarşılamaq və lazım gəldikdə onlarla birlikdə yoxlamada iştirak etmək;
- Şirkətin keyfiyyət standartlarına və daxili qaydalarına uyğun olaraq fəaliyyət göstərmək və daxili auditini həyata keçirmək;
- Həftəlik və ya aylıq olaraq mərkəzi anbarda keyfiyyət yoxlamaları aparmaq və bu yoxlamalar üzrə hesabatlar hazırlayaraq rəhbərinə təqdim etmək;
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq keyfiyyət normalarına əməl etmək;
- Daim Şirkətin mənafeyini və imicini qorunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
- Kişi namizəd;
- Təhsil: Ali;
- Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür;
- MS Office proqramlarını (xüsusən Excel və Word);
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik tələbləri bilməli;
- Beynəlxalq idarəetmə standartlarının ISO 9001:2015 (Keyfiyyət idarəetmə sistemi), 22000:2018 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi) tələblərini bilməli;
- Məhsulların saxlanma və daşınma şərtlərinə dair tələbləri bilməli;
- Anbar və market şəraitində temperatur və nisbi rütubət nəzarəti üzrə normaları bilməli.
İş şəraiti:
- Əmək haqqı: 800-1000 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00 -18:00;
- Nahar, korporativ nömrə, avtomobilin amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
- İş yeri: Bakı, Bakıxanov qəs.Bəşir Bünyadov küç.
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.