Avropa Azərbaycan Məktəbi

Şirkət haqqında:
Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmış beynəlxalq özəl məktəbdir.
Avropa Azərbaycan Məktəbi hər şagirdə şəfqətli və dəstəkləyici bir mühitdə hörməti, innovasiyaları, yaradıcılığı, mədəniyyətlərarası anlayışı və tənqidi təfəkkürü təşviq edən hərtərəfli və dinamik təhsil fürsəti yaradır.
Əlaqə vasitələri:
Xadimə
“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC xadimə vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir.
Tələblər:
- 2 ildən az olmayaraq müvafiq iş təcrübəsi;
- Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
- Komandada işləmə, şəxsiyyətlərarası münasibətlərin qurulması və məxfiliyin saxlanması bacarığı;
- Qoyulan vaxta əməl etmə və verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı;
- Məktəb yaşlı uşaqlarla işləmək bacarığı;
- Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.
CV-də aşağıdakı məlumatlar əks olunmalıdır:
- İddiaçının soyadı, adı, atasının adı;
- Doğum tarixi;
- Yaşadığı ünvan, əlaqə nömrələri;
- Təhsil haqqında ətraflı məlumat;
- Bütün əmək fəaliyyəti barədə məlumat.