Elseo

Şirkət haqqında:
“Elseo MMC” şirkəti 2009-cu ildən müxtəlif adlarla informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərir. 2018-ci ildən isə rəqəmsal marketinqin əsas istiqamətlərindən biri olan SEO (Axtarış Sistemlərində Optimizasiya) üzrə ixtisaslaşaraq digər şirkətlərimizdən ayrılıb və ancaq axtarış sistemləri üzrə xidmətləri göstərən yeganə şirkətdir.
Əlaqə vasitələri:
Ödənişli Digital Marketing Təcrübə Proqramı
Digital Marketing sahəsində karyerana güclü bir start vermək istəyirsənsə – ELSEO-da ödənişli internship proqramına qoşul!
Sadəcə iş tapmaq yox, doğru komandaya düşmək istəyirsənsə – sənə yer var.
Biz kimik?
- ELSEO - SEO və Digital Marketing üzrə ixtisaslaşmış aparıcı agentliklərdən biriyik. Bank, telekommunikasiya, ticarət, turizm və tibb sektorunun liderləri ilə çalışırıq. Eyni zamanda Google Partnyor şirkətiyik.
- İndi komandamıza öyrənməyə açıq, düşünə bilən, texnologiyalara yaxın və daimi inkişaf arzusunda olan internlər axtarırıq.
Səni necə biri kimi görmək istəyirik?
- Daim yeni şeylər öyrənməyə maraqlı və təşəbbüskar.
- Analitik və sistemli düşünən, məntiqli və geniş baxışlı.
- Vicdanlı, dürüst, nizam-intizamlı və məsuliyyətli.
- Texnologiyalara və digital alətlərə maraqlı.
- Self-learning və self-searching bacarıqları inkişaf etmiş biri.
Sənə nə verəcəyik?
- Real müştərilərlə işləyəcəyin praktik təcrübə.
- ELSEO ekspertlərindən mentorluq və daimi inkişaf dəstəyi.
- Ödənişli internship – zəhmət və nəticələr mütləq qiymətləndiriləcək.
- Uğurlu nəticə göstərənlər üçün komandamızda daimi iş imkanı.
Əgər sən də “inkişaf etmək istəyirəm” deyirsənsə – biz səninləyik!