AZINTELECOM

Şirkət haqqında:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

Əlaqə vasitələri:

Storage və SAN administrator

Departament: İnformasiya texnologiyaları/İnformasiya texnologiyaları infrastrukturu şöbəsi

Vəzifə öhdəlikləri:

  • SAN, NAS və digər yaddaş həllərinin qurulması, konfiqurasiyası və dayanıqlı şəkildə idarə olunması
  • Yaddaş sistemlərinin performans və tutum göstəricilərinin mütəmadi monitorinqi
  • Məlumatların ehtiyat nüsxələrinin çıxarılması və qəza-bərpa (disaster recovery) proseslərinin effektiv idarə olunması
  • Yaddaşla bağlı nasazlıqların aradan qaldırılması və 2-ci/3-cü səviyyəli texniki dəstəyin göstərilməsi
  • Yaddaş sistemlərinin modernləşdirilməsi və miqrasiya proseslərinin planlaşdırılması və həyata keçirilməsi
  • Məlumatların bütövlüyü, əlçatanlığı və təhlükəsizliyinin təmin olunması
  • Yaddaş infrastrukturuna dair sənədlərin hazırlanması və davamlı olaraq yenilənməsi
  • Sistem, şəbəkə və verilənlər bazası administratorları ilə sıx əməkdaşlıq
  • Yaddaş üzrə qabaqcıl təcrübələrin və səmərəli tutum planlaşdırılmasının tətbiqi

Tələb olunan biliklər və bacarıqlar:

  • Ali təhsil (Kompüter mühəndisliyi, İT və ya əlaqəli sahələr üzrə); 
  • SAN protokolları (FC, iSCSI) və RAID konfiqurasiyaları üzrə dərin biliklər
  • Zonalaşdırma (zoning), LUN masking və multipathing ilə tanışlıq
  • Avtomatlaşdırma məqsədilə güclü skript yazma bacarığı (məsələn, PowerShell, Bash, Python)
  • Yaddaş performansının tənzimlənməsi və nasazlıqların aradan qaldırılması sahəsində bilik
  • SAN və NAS mühitləri daxil olmaqla, yaddaş sistemlərinin idarə olunması sahəsində 3 ildən artıq iş təcrübəsi
  • Dell EMC, HPE Alletra, NetApp, Hitachi, Pure Storage kimi aparıcı yaddaş texnologiyaları ilə iş təcrübəsi
  • Fiber kanal şəbəkə avadanlıqları (Brocade, Cisco MDS) ilə işləmə təcrübəsi
  • VMware, Windows və Linux platformalarında yaddaş resurslarının təqdim olunması üzrə bilik və təcrübə
  • Commvault, Veeam və Veritas NetBackup kimi ehtiyat nüsxə və bərpa həlləri ilə praktiki iş təcrübəsi
  • Yaddaş loqları və xəbərdarlıqlarını oxuma və təhlil etmə bacarığı
  • Azərbaycan dili – səlis, ingilis dili – yaxşı; rus dili – yaxşı
  • Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları
  • Müstəqil şəkildə və komanda ilə işləmə qabiliyyəti
  • Vaxtın idarə olunması və təşkilatçılıq bacarığı
  • Detallara diqqətli və proaktiv yanaşma
  • Analitik düşüncə və problem həlletmə bacarığı.

Üstünlük verilir:

  • Vendor-specific certifications (EMC Proven Professional, NetApp NCDA, HPE ASE).
  • ITIL Foundation Certification.
  • VMware Certified Professional (VCP) or equivalent.

İş şərtləri:

  • Təcili vəziyyətlər üçün növbədənkənar (on-call) rejimdə işləməyə hazırlıq
  • Texniki işlər zamanı (gecə və ya həftəsonları) işləmək imkanı
  • Müəyyən hallarda məlumat mərkəzlərinə ezam olunmaq zərurəti

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap