AZPROM

Şirkət haqqında:
Şirkət müasir elektrik avadanlıqları,aksesuarları, izolyator,transformator və s. istehsal edir.
Əlaqə vasitələri:
CNC operatoru (Frez və Torna)
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil və ya peşə
- İş təcrübəsi - min 3 il
Vəzifə öhdəlikləri
- Texniki çertyojları və texniki tapşırıqları oxumaq, düzgün təhlil etmək və yerinə yetirmək;
- CNC frez və torna dəzgahlarında detalların emalını proqramlaşdırılmış parametrlərə uyğun şəkildə icra etmək;
- Zərurət yarandıqda CNC proqram kodlarını (G-Code və M-Code) düzəliş etmək, optimallaşdırmaq və yenidən tətbiq etmək;
- İş parçasını dəzgaha düzgün şəkildə bərkitmək, mərkəzləndirmək və ölçü alətləri ilə ilkin yoxlamasını aparmaq;
- Emal üçün tələb olunan kəsici alətləri düzgün seçmək, sazlamaq və ehtiyac olduqda dəyişdirmək;
- Hazır məhsulların ölçü dəqiqliyini mikrometr, ştangensirkul və digər dəqiqlik alətləri ilə yoxlamaq və sənədləşdirmək;
- İstehsalat zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- CNC dəzgahlarının planlı və profilaktik baxım işlərində iştirak etmək və texniki nasazlıqları vaxtında bildirmək;
- İş sahəsini, dəzgahı və ətraf mühiti daim təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq;
- Ona həvalə olunmuş işləri müəyyən edilmiş müddət ərzində, texniki normativlərə və keyfiyyət standartlarına uyğun şəkildə yerinə yetirmək;
- CNC dəzgahlarında görülən işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulmaması üçün məsuliyyət daşımaq;
- Avadanlıq və alətlərin yalnız təyinatına uyğun, düzgün şəkildə istifadə edilməsini təmin etmək;
- Texniki tapşırıqlardan və çertyoj tələblərindən kənara çıxmadan işlərin icrasını təmin etmək;
- Ona təhkim edilmiş avadanlıq, alət və materialların qorunmasına, itki və zədələnmədən saxlanmasına nəzarət etmək.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
- Əmək haqqı: 700 -1,000 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-06 HR
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.