YIĞIM Payment System

Şirkət haqqında:
2017-ci ildə təsis edilmiş "YIĞIM Ödəniş Sistemi” şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox sayılı ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif edir.
Əlaqə vasitələri:
Satış şöbəsinin müdiri
Əmək funksiyaları:
- “YIGIM payment system” brendinin bazarda imkanlarını və inkişaf potensialını müəyyən edir, portfelini genişləndirmək üçün araşdırmalar aparır
- Müştəri bazasını genişləndirir və gəlir axınını təmin etmək üçün müxtəlif biznes alətlərindən istifadə edir
- Satış srategiyasını rəhbərliklə birgə müəyyən edir və qarşısına qoyulan hədəflərin həyata keçirilməsinə dair fəaliyyət planı hazırlayır
- İşgüzar əlaqələri qurur və onları davamlı saxlamaq üçün tədbirlər planı hazırlayır.
- Məhsulların inkişafı üçün şirkətin struktur bölmələri ilə əməkdaşlıq edir
- Müştərinin tələblərinə cavab vermək üçün ödəniş sistemi sahəsində və məhsulların təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər verir
- Bazar araşdırmasının və rəqiblərin təhlili, onların imkanlarını, potensiyalını bazar siyasətini və payını marketinq şöbəsi ilə birgə müəyyən edir və satış fəaliyyət planını bu məlumatlara əsasən hazırlayır.
- Rəhbərliklə birgə qiymət strategiyasını müəyyən edir, müştərilər və tərəfdaşlarla müqavilələr bağlayır
- Satış komandasını idarə edir və hədəfə çatmaq üçün şirkətin struktur bölmələrinin əməkdaşlarından lazımi məlumatları əldə edir.
- Satış büdcəsinin işlənib hazırlanması və idarə edilməsi, proqnozlara müvafiq gəlirlərin olmasına nəzarət edir və maliyyə hədəflərinin yerinə yetirilməsini təmin edir
- Marketinq şöbəsi ilə görüşlər təşkil edir və fikir mübadiləsi aparır, zəruri məlumatlarla paylaşır, şirkətin digər struktur bölmələrindən işin effektivliyi üçün lazımi məlumatları sorğulayır
- Marketinq şöbəsilə sıx əməkdşlıq və qarşılıqlı iş proseslərinin qurulmasını təmin edir
- Rüblük, illik hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir
Vəzifə tələbləri:
- Ali təhsil (Biznesin idarə Edilməsi, Marketinq sahələrində)
- Müvafiq iş üzrə 5 ildən az olmayaraq iş təcrübəsi
- MS ofis proqramları yaxşı səviyyədə.
- Texnoloji sahədə biliklər
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, İsmayıl Bəy Qutqaşınlı 507-511, Altes Plaza