Qeydiyyatçı (Şuşa)
Ərazi: Şuşa (“Qarabağ” və “Xarı Bülbül” otelləri)
Vəzifə öhdəlikləri:
- Qonaqların qeydiyyata alınması və oteldən çıxış proseslərini səmərəli şəkildə həyata keçirmək, onları mehriban və peşəkar tərzdə qarşılamaq.
- Qonaqların suallarını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək və müsbət qonaq təcrübəsini təmin etmək.
- Oteldə təqdim olunan xidmətlər, kampaniyalar, otaq növləri və xüsusi endirimlər haqqında ətraflı məlumat vermək.
- Rezervasiya sistemini idarə etmək, qonaq məlumatlarını yeniləmək və otaqların düzgün bölüşdürülməsini təmin etmək.
- Gələn zəngləri cavablandırmaq və digər şöbələrlə əlaqələndirmə aparmaq.
- Gündəlik hesabatlar hazırlamaq, nağd əməliyyatları aparmaq və düzgün qeydiyyat aparmaq.
- Otelin daxili qayda və prosedurlarına riayət etmək, təhlükəsizlik, məxfilik və uyğunluğu təmin etmək.
Tələblər:
- Oxşar sahədə minimum 1 il iş təcrübəsi.
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq qabiliyyəti.
- Yüksək ünsiyyət bacarığı və qonaq yönümlü yanaşma.
- MS Office proqramları və otel idarəetmə proqramlarında (məsələn, Opera PMS və Electra PMS) işləmə bacarığı.
Şəxsi keyfiyyətlər:
- Mehriban və yaxın ünsiyyət tərzi.
- Diqqətlilik və yüksək təşkilatçılıq bacarığı.
- Təzyiq altında sakit və peşəkar qalmaq bacarığı.
- Fəal və komanda ilə işləmə bacarığı.
Vəzifə üzrə təminatlar:
- Qalma yeri və gündə 3 dəfə yeməklə təmin olunur.