Bakinity Distribution MMC

Şirkət haqqında:
Cəmiyyətin fəaliyyət növü haqqında ətraflı məlumat, -Bakinity şirkəti 2001-ci ildə yaradılıb.
2016-cı ilin yanvarından pərakəndə satış istiqaməti müstəqil şirkətə çevrildi. Pərakəndə satış istiqaməti kompüter və ofis avadanlığı satışı sahəsində fəaliyyət göstərir, ölkədə məhsul və İT-xidmətlərinin geniş spektrini təqdim edir.
Biz bir sıra müxtəlif məhsullar və aparıcı şirkətlərin avadanlıqlarını:
- kompüter avadanlıqları,
- əlavə hissələr,
- noutbuklar,
- kompüter və ofis üçün periferik qurğular,
- serverlər,
- şəbəkə və operator avadanlıqları,
- eləcə də aparıcı şirkətlərin lisenziyalı proqram təminatını təklif edir.
Cəmiyyətin məqsədi müştəriləri ən yeni yüksək keyfiyyətli texnologiyalar və kompüter məhsulları ilə təmin etməkdir.
Əlaqə vasitələri:
Sürücü-ekspeditor
Peşə öhdəlikləri:
- Müşayiətedici sənədlərə uyğun olaraq anbardan məhsulları qəbul edir;
- Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir;
- Məhsulların təyin olunmuş yerə çatmasını təmin edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir;
- Anbardan verilən məhsulları maşına yükləyir və qeyd edilən vaxta uyğun müştərinin ünvanına çatdırır;
- Digər müəssisələrdən sifariş olunan məhsulların Cəmiyyətin anbarına çatdırılmasını təmin edir;
- Müştərilərdən məhsulları geri götürüb, anbara və ya Cəmiyyətin servis xidmətinə təhvil verir;
- Cəmiyyətin digər anbarlarından lazım olan məhsulların əsas anbara çatdırılmasını təmin edir;
- Müvafiq sənədlərin qeyd edilmiş ünvanlara çatdırılmasını təmin edir;
- Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulların çatdırılmasını təmin edir;
- Məhsulları müştərilərə təhvil verərkən aktların imzalanmasına nəzarət edir və aktları Cəmiyyətin müvafiq işçilərinə təqdim edir;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Cəmiyyətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə edir və təhvil verir;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlayır və bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin edir;
- Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir;
- Peşəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir:
- Görüləcək işlərin müəyyən edilmiş müddətdə icra edilməsini təmin etməli:
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Yaş: 21-45
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis bilməli (Rus dili arzuolunandır);
- B kateqoriyalı sürücülük vəsiqəsi olmalı (sürətlər qutusu mexaniki olan avtomobili idarəetməyi bacarmalıdır);
- Ezamiyyətlərə açıq olmalı.
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı.