Super Toys

Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Anbar Operatoru
Vəzifə öhdəlikləri:
- Şirkətin anbarına daxil olmuş maddi vəsaitlərin (malların) uçota alınmasına, ciddi qeydiyyat blanklarının (qaimələrin, qaimə-farkutaların və sənədlərin) işlənməsinə və qorunub saxlanması;
- İş yerindəki personallarla koordinasiyalı (əlaqəli) olmaq;
- Satışa verilən malların markalarını və istehsalçıları, barkod (ştrix-kid) və artikulunu bilmək;
- Məlumatların bazaya işlənməsi, proqramda alış və satışların həyata keçirilməsi;
- Anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin edir;
- Qaimə və hesab fakturalar əsasında anbardakı proseslərə nəzarət etmək;
- Gündəlik rəhbərlik tərəfindən verilən işlərin yerinə yetirilməsi.
Namizəd üçün tələblər:
- 20-35 yaş arası bəylər
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Ofis proqramlarını sərbəst bilmək;
İş şəraiti
- İş yeri: Sədərək TM
- Əmək haqqı: 700 AZN+ Bonus
- Əmək məcəlləsinə uyğun sənədləşmə