Arash Company

Şirkət haqqında:
Arash şirkəti, 1994-cü ildə təsis edilmiş və hazırda Azərbaycanda stomatoloji, kosmetoloji və lazer avadanlıqları və məhsullarının satışında liderlik mövqeyindədir. Şirkətimiz, Candela, Lutronic, Ultrasun, Zimmer, Ionto , Owandy, Digimed, Tokuyama , Meta Biomed , Euronda , Anthogyr, Septodont, İBSA , Medytox , DMG , Cavex, Promoitalia və sair kimi dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edir. Ümumilikdə 48-dək məşhur brendin məhsullarının satışı ilə məşğul olan şirkətimiz, kosmetologiya, stomatologiya, dermatologiya və lazer sahələrində yüksək keyfiyyətli və orijinal məhsullar təklif edir.
Əlaqə vasitələri:
Servis satışları üzrə baş mütəxəssis
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmaları aparmaq, fürsətləri müəyyənləşdirmək və potensial müştərilərlə əlaqələr qurmaq;
- Satış hədəflərinə çatmaq və şirkətin bazar payını artırmaq üçüm satış strategiyaları hazırlamaq və həyata keçirmək;
- Satış həcminin artırılması və məhsulların tanıdılması məqsədilə aidiyyəti struktur bölmələrlə birlikdə təşviqat kampaniyaları aparmaq;
- Ərazi üzrə məhsul və xidmətləri müştərilərə tanıtmaq və satışı təmin etmək;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında onlara dolğun və ətraflı məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
- Satış göstəriciləri ilə bağlı dövri hesabatalar hazırlamaq və rəhbərliyərə təqdim etmək;
- Satış fəaliyyətinin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
Namizədə tələblər:
- Təhsil: Ali (biznesin təşkili və idarə edilməsi, menecment, marketinq və digər əlaqəli sahələrdə) Təcrübə: Tibbi və kosmetoloji avadanlıqların satışı sahəsində minimum 1 il
- Cins: Qadın
- Yaş həddi: 22-35
- Dil bilikləri: Azərbaycan və rus dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
- Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə, “CRM” və ya “ERP” sistemləri ilə iş təcrübəsi üstünlükdür
Davranış səriştələri:
- Riyazi düşüncə və analitik təhlil;
- Ünsiyyət və komanda ilə işləmə;
- Problem həlletmə və detallara diqqətlə yanaşma;
- Dəqiqlik, operativlik və nəticəyönümlülük;
- Məsuliyyət və təşəbbüskarlıq.